Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı artıb - Yenilənib

Rusiyanın Krasnoyarsk diyarının Kuragino rayonunda qızıl mədənindəki bəndin uçması nəticəsində fəhlə yataqxanasında qalan 15 nəfər ölüb, 13 nəfər isə itkin düşüb...

"Report"RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə RF Fövqəladə Hallar Nazirliyinə məxsus 6 helikopter, bir neçə kater, 300 nəfər canlı qüvvə cəlb edilib, Hazırda qəzanın nəticələri aradan qaldırılır, itkin düşənlərin axtarışı aparılır.

Qeyd edək ki, Krasnoyarsk diyarının Kuraqino rayonunda Seyba çayında quraşdırılan bənd ötən gecə, yerli vaxtla saat 02:00-da uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.

***

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərində quraşdırılan bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” Ria “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, baş verən hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfərə hadisə yerinə tibbi yardım göstərilib: "Dörd nəfər tibb müəssisələrinə aparılıb, 15 nəfərin isə taleyi məlum deyil".

***

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində altı nəfər ölüb, 10 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Ria “Novosti”yə ölkənin Fövqəladə Hallar Nazirlyindən məlumat verilib.

Diyarın FHN rəsmisi bildirib ki, yerli vaxtla saat 02:00 da qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.

“20 nəfər xəsarət alıb. Onlardan 6-sı ölüb, 14 nəfər isə xəstəxanaya aparılıb. Digər 10 nəfərin taleyi məlum deyil”.

Ən yaxın Artyomovsk şəhərindən bütün təcili yardım xidmətləri əraziyə göndərilib.

pia.az


Etiket: Rusiya qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar