Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Rusiyada Azərbaycan xalçalarından ibarət sərgi açılıb

Fevralın 18-də Rusiya Etnoqrafiya Muzeyində “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərginin açılışı olub.

Muzeydən APA-ya verilən məlumata görə, Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. 

Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində sərgi ilə eyniadlı həmin kataloq da ictimaiyyətə təqdim olunub.

Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. 

Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan qədim və əsrarəngiz "Suraxanı" xovlu xalçası da yer alır. Sərgidə ilk dəfə Azərbaycanın bir çox tikmə, basma naxış, mis üzərində döymə və qadın geyim nümunələri də nümayiş olunur.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin,  Sankt-Peterburq Xarici Əlaqələr, Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin İcrası və Mədəniyyət komitələrinin nümayəndələri, Azərbaycan Milli Xalça Muzeyinin, Rusiya Etnoqrafiya Muzeyinin, habelə digər muzey və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Sərgi mayın 18-nə kimi ziyarətçilər üçün açıq olacaq.
 
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Yeni təyinat

“Azercell Telekom”a yeni prezident təyin olunub

Ən çox oxunanalar