Rusiyanın Rostov vilayətinin Orlovsk rayonunda atışma olub...
PİA.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli sakinlər arasında otlaq sahələri üstündə başlayan mübahisə ölümlə nəticələnib. Ov silahından edilən atəş nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis hadisə yerində araşdırma aparır.
pia.az