Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada ağlasığmaz hadisə - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar - Foto

Musavat.com “Novaya qazeta” qəzetinə istinadən xəbər verir ki, silahlı adamlar Nijni-Novqorod şəhərində Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi, Ramzan Kadırovun düşməni Saydi Yanqulbayevin evinə soxularaq onu arvadını oğurlayıb aparıblar.

Bu barədə Rusiyanın “İşgəncələr əleyhinə komitə” adlı təşkilatı (hazırda Rusiyada fəaliyyəti qadağandır-red.) məlumat yayıb.

Qeyd etmək lazımdır ki, silahlı şəxslər guya əllərində hansısa sənəd göstərərək, Rusiya Daxili işlər nazirliyinin Qroznı şəhər idarəsinin sərəncamı ilə gəldiyini göstəriblər. Onların hədəfi əslində Saydi Yanqulbayev olub.

Sənədin saxtalığını təsbit edən keçmiş hakim həmin adamları evə buraxmaq istəməyib. Bu zaman silahlı şəxslər evə zorla soxularaq gözünün önündə arvadı Zarema Musayevanı döyüb, daha sonra evdən çıxarıblar. Saydi Yanqulbayevin toxunulmazlığa malik olması onu eyni aqibətdən xilas edib.

Hadisəyə münasibət bildirən Ramzan Kadırov telegram kanalda bunları yazıb: Nə olursa olsun, bildirirəm ki, bu ailəni ya həbsxana, ya da yeraltı gözləyir. Və bu artıq məndən asılı deyil. Mən cəmiyyətdəki əhval-ruhiyyəni bilirəm. Nə qədər ki, heç olmasa bir çeçen sağdır, bu ailənin üzvləri daha sərbəst həyatdan həzz ala bilməyəcəklər. Bunu həmişə xatırlayın, Yanqulbayevlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar