Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib

FTX məlumat yaydı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları gizli fəaliyyət göstərən 10 silah emalatxanası aşkar ediblər və odlu silah istehsalı ilə qanunsuz məşğul olan şəxslər saxlanılıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində odlu silahlar hazırlayan və onları Rusiyanın digər subyektlərində satan Kursk vilayətinin sakinlərindən ibarət cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb. Silahların modernləşdirilməsi və patronların istehsalı üzrə gizli fəaliyyət göstərən 10 emalatxana aşkar olunub, oradan peşəkar səviyyədə silah buraxan avadanlıqlar müsadirə edilib.

FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi həmin emalatxanalardan 92 ədəd odlu silah, o cümlədən iki ədəd RPK, ZB-30 pulemyotları, “Kalaşnikov” avtomatları və “Makarov” tapançaları, digər silah-sursat götürüldüyünü bildirib. Bundan başqa, 400 ədəd silahın əsas hissələri, 4,4 min patron da müsadirə olunub. Qeyd olunub ki, paralel olaraq silah alıcılarının olduğu Rusiyanın digər regionlarında da axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

pia.az


Etiket: FTX SİLAH ANBARI


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar