Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya yenə oyun oynayır - Putin istəsəydi, Həftarı razı sala bilərdi...

Guya Bəşər Əsədin nə gücü var ki? Bu, birbaşa məzhəb çəkişməsidir. Dəstək verən İran rejimi və Livan Hizbullahıdır, qızışdıran isə Putin...

Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə, 15 yanvar 2020-ci il

Kim nə deyir desin, Türkiyə Liviyaya öz ağırlığını qoydu. Əsgər göndərməkdə qərarlı olması Rusiyanı tamamilə cəlb etməsə də, ən azından ona təsir edə bilib. Rusiya heç vaxt öz əməllərindən əl çəkməyəcək. Suriyaya birbaşa müdaxilə edir, Liviyada isə “quldur” kimi gəzərək vəziyyətə nəzarət edir. Həftar əvvəlcə Putinlə Ankarada qərarlaşdırılan atəşkəsi tanımadığını bildirib, sonra da Moskvanın yolunu tutub. Lakin yenə də atəşkəsi qəbul etməyib. Deməli, Putinlə gizli şəkildə yeni planlar qurub. Çünki əgər Putin istəsəydi, Həftarı razı sala bilərdi. Bu, onu göstərir ki, ortada çox təhlükəli bir vəziyyət var. Suriyaya baxıb Liviyada nələr olacağını başa düşə bilərik. Guya Bəşər Əsədin nə gücü var ki? Bu, birbaşa məzhəb çəkişməsidir. Dəstək verən İran rejimi və Livan Hizbullahıdır, qızışdıran isə Putin.

İraqda şiə rəhbərliyinin dediyi olsa belə, keçələrə tökülənlər yenə də şiələrdir. Başı işləyən iraqlılar onları hara apardıqlarını görürlər. Onlar sünni-şiə fərqi qoymadan birlikdə meydanlara çıxıblar. Onlara kim mane olmaq istəyir? Əlbəttə, İran rejiminin nəzarətindəki Həşdi-Şəbi milisləri. Onlar da öldürərək, səsləri kəsərək heç nə qazana bilməyəcəklər. Tələbləri nəzərə almağa məcburdurlar.

İranda da vəziyyət belədir. “Rejimə qarşı çıxdınsa, öz ölüm fərmanını imzalamış oldun” demək qarşı tərəfi daha da qızışdırır. Bu cür üsyanlar gözlənilməz anda və qan tökülməsinə rəğmən, mütləq bir nəticə verir. Tramp və Netanyahu kimi adamların “Gedin yıxın rejimi!” şüarları daha əvvəl də işə yaramayıb, yenə də yaramayacaq. Xalq yenə öz qərarını özü verəcək.

İraqda və Suriyada isə bənzər problemlər var. İraqda baş verən hadisələrin Suriyada baş verməyəcəyini deyə bilərikmi? Kənardan gələn bu qədər müdaxilədən sonra Əsədin ətrafındakılar onu sorğu-suala tutacaqlar. Suriya tam olaraq İraq kimi deyil. Bu ölkədə sünnilər əhalinin 74%-ni təşkil edir. Əsəd bir yerdə mütləq büdrəyəcək.

Bəs Rusiya nə vaxtadək əsgər toplayacaq? Osmanlı parçalanarkən xarici müdaxilələr olduqca çox idi. Sevr layihəsində gördüyümüz kimi, türkləri Anadoluda dar bir sahəyə sıxışdırmağı və əridib yox etməyi planlaşdırırdılar. O vaxtı ingilislər indiki rus və amerikalılar kimi əkib-becərirdilər. Amma nəticədə, “qulluq” etməyənlər qalib gəldi.

Hadisələri başa düşmək üçün Prof. Dr. Taha Niyazi Qaracanın “Sərhədləri çəkən qadın: İngilis casusu Gertrud Bel” adlı kitabına nəzər salaq: “İngilislər öz maraqları üçün İraqda kral rejiminin əsasını qoyarkən, bir tərəfdən də şiə-sünni toqquşmalarını qızışdırmış olurdu. Halbuki, eyni günlərdə türklər respublika quruluşunu seçmiş və 1 noyabr 1922-ci ildə səltənət dövrünü bitirmişdilər. Yaxın Şərqdə İngiltərənin əli ilə qurulan krallıq rejimlərində insan hüquqları və demokratiyanın inkişafı ilə 1923-cü ildə Türkiyədə elan edilən respublikanın inkişafı arasında bir çox fərqlər var. Səltənət rejimi bitdikdən sonra Türkiyədəki milli iradənin Lozanna sazişində öz əksini tapması barədə Gertrudun müəyyən fikirləri vardı və bu, onun nəyi “yaxşı” hesab etdiyini göstərirdi: “Yeri gəlmişkən, sultanın taxtdan endirilməsindən sonra bizə sığınması və kral Hüseynin türk tərəfdarlarının propoqandalarını zərərsizləşdirmək üçün onu öz ölkəsinə dəvət etməsi çox maraqlı vəziyyətdir, elə deyilmi? Düzü, gələcəkdən çox da ümidli deyiləm. Lozanna Konfransı xoş bir açılış etsə də, İstanbuldan bərbad xəbərlər gəlir və kemalistlərə müqavimət göstərə biləcəyimizə inanmıram.” (Məktublar, Newcastle) O, 23 noyabr 1922-ci il tarixli bu məktubu atası Hyu Belə göndərib. Məktubda qeyd olunan “kemalist” (atatürkçülər) ifadəsindən indiki kimi ideologiya barədə deyil, tərəfdarlar barədə danışmaq üçün istifadə edilib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar