Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Rusiya XİN indiyədək Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını açıqlayıb

Bu günə kimi Azərbaycanla Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 79 əsir dəyişdirilib.

APA nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin Azərbaycanda əsirlikdə olan ermənilərin sayı barədə suala cavabında Rusiya XİN rəsmisi AzərbaycanErmənistanın məlum məsələyə münasibətlərinin fərqli olduğunu vurğulayıb.

“İrəvan tərəfindən səslənən rəqəmlər mütəmadi olaraq dəyişir. Bakıdan başqa məlumatlar verilir. Məlumatlar arasındakı fərqliliyi nəzərə alıb dəqiqləşdirmək üçün tərəflərə müraciət etməyinizi məsləhət görürəm. Əminəm ki, onlar sizə ətraflı məlumat verəcəklər. Bu günə kimi isə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib. Əsirlərdən 63-ü Ermənistana, 16-sı isə Azərbaycana təhvil verilib. Bu məsələdə bir daha öz mövqeyimizi səsləndirmək istəyirəm: əsirlərin dəyişdirilməsinin optimal formulu “hamının hamıya” prinsipidir. Güman edirik ki, bu məsələnin tez zamanda həlli tərəflərə faciəvi səhifəni qapatmağa, diqqəti iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməyə yönəltməyə imkan verəcək”, - deyə M. Zaxarova qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Kəmaləddin Heydərov Britaniyada daha bir şirkətini ləğv edib - Sənəd

Ən çox oxunanalar