Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Türkiyə Qarabağ məsələsinin həllindən Minsk qrupunun digər iki üzvünü kənarlaşdırır?..

Madam ki, münaqişə öz həllini tapır, o zaman Fransanın həddən artıq narahatlılığı nəylə bağlıdır?..

Politoloq: “ATƏT-in Minsk qrupu da hələ sıradan çıxmayıb. Rusiya və Türkiyənin isə ATƏT-in Minsk qrupuna qarşı ardıcıl mübarizə aparacaqlarını düşünmürəm”.

ATƏT-in Minsk qrupunun yenidən tənzimlənməyə qayıtması Azərbaycanın da marağındadır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Rusiya və Türkiyənin Qarabağ probleminin həlli ilə bağlı prossesdən Minsk qrupunun digər iki həmsədr ölkəsini kənarlaşdırmaqla bağlı razılığa gəlməkləri haqqında yayılan xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, “Amerikanın səsi”nin yaydığı məlumata görə Rusiya və Türkiyə Qarabağ probleminin həlli ilə bağlı prossesdən Minsk qrupunun digər iki həmsədr ölkəsini kənarlaşdırmaqla bağlı demək olar ki, razılığa gəlmək üzrədir və Fransa da bundan çox narahatdır. Fransa hesab edir ki, münaqişə Minsk qrupunun həmsədr ölkələrinin birbaşa iştirakı ilə mümkündür.

Hazırkı hərbi-siyasi şəraitdə Qarabağ probleminin Minsk qrupundan kənarda həlli mümkün görünürmü və Ermənistan buna gedərmi? Həmçinin madam ki, münaqişə öz həllini tapır, o zaman Fransanın həddən artıq narahatlılığı nəylə bağlıdır?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Rusiyanın qeyri-müəyyən addımlarına görə Azərbaycan yeri gəlsə, ATƏT-in mədəni muxtariyyət təklifini də qəbul edə bilər”.

Rusiyanın birmənalı şəkildə Dağlıq Qarabağda Azərbaycannın konstitutsion hakimiyyət qurumlarını bərpa etməli olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, hələlik Kreml Azərbaycanın ərazi bütövlüyü prinsipinə dəstək versə də, atdığı addımlardan Xankəndində Azərbaycan hakimiyyətinin bərpasına yönəlmədiyi görünür. Azərbaycanın bütün ərazilərində öz suveren hüquqları var və bu hüquqlar təkcə kağız üzərində deyil, defakto reallaşmalıdır:

Rusiyanın sülhməramlı kimi müəyyən bəlli davranış kodeksinə uyğun hərəkəti Azərbaycan üçün çox vacibdir. Bu gün 15 gündür ki, Rusiya sülhməramlısı Qarabağda fəaliyyətdədir. Bu müddətdə Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində hələ də Azərbaycannın konstitutsion hakimiyyətinin bərpa olunmasından danışmırlar. Rusiya birmənalı şəkildə Dağlıq Qarabağda Azərbaycannın konstitutsion hakimiyyət qurumlarını bərpa edilməsini bəyan etməlidir. Bəli, Putin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu olduğunu bəyan etdi. Hətta Solovyov kimi ermənipərəst olan aparıcının verlişində Putinin bu fikirləri bir neçə dəfə təkrarlandı. Buna baxmayaraq separatçıların Xankəındində Rusiyanın himayəsi altında yaşamaları və Azərbaycan hakimiyyətinə tabe olmaqdan imtina etmələri yolverilməzdir.

Görünən odur ki, Kreml Azərbaycanın ərazi bütövlüyü prinsipinə dəstək verir. Amma hələlik Kreml Azərbaycanın ərazi bütövlüyü prinsipinə dəstək versə də, atdığı addımlardan Xankəndində Azərbaycan hakimiyyətinin bərpasına yönəlmədiyi görünür. Azərbaycanın bütün ərazilərində öz suveren hüquqları var və bu hüquqlar təkcə kağız üzərində deyil, defakto reallaşmalıdır. Bu rəsmi sənədlərdə öz əksini tapmalıdır və Rusiya Xankəndində Azərbaycan hakimiyyətinin fəaliyyətinə imkan yaratmalıdır.

Buna görə də hesab edirəm ki, sülhməramlılarının mandatı rəsmən dəyişməlidir. Yəni rəsmən sənədə yazılmalıdır ki, Rusiya sülhməramlıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərirlər. Rusiya Federasiya Şurasının sənədi yenidən yazılmalıdır. Çünki orada yazılıb ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağ regionunda fəaliyyət göstərir. Amma Dağlıq Qarabağ adlı region yoxdur. Çünki Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qeyri-müəyyən davranışlarına görə də bu gün Türkiyə Rusiya ilə gərginlik yaşayır və onlar sülhməramlıların fəaliyyəti ilə tam razılığa gələ bilmirlər və ortada cidddi sayılacaq fikir ayrılıqları mövcuddur. Ola bilər ki, Türkiyə Rusiyanın qarşısında məqsədinə nail olmasın. Bu mümkündür və istisna etmək olmaz. Çünki Rusiya ilə Türkiyə arasında dünyanın 4-5 yerində müxtəlif proseslər gedir. Yəni Rusiya Türkiyəyə Suriyada daha əlverişli şərait yarada bilər və bunun əvəzində də Moskva Ankaradan Azərbaycandan əl çəkməsini istəyə bilər. Türkiyə də bunu qəbul edə bilər. İndi Ərdoğan inad göstərir və Azərbaycanın maraqlarını Türkiyənin maraqları kimi görür. Bir müddət sonra isə Ərdoğan yenidən prezident seçilməyə bilər. Yeni seçilən Türkiyə rəhbəri isə Ərdoğan qədər Azərbaycanın maraqları müdafiə etməyə bilər. Bunların hamısı mümkün variantlardır. Siyasətdə mövqelərin və maraqların dəyişməsi hər an baş verə bilər.

Mübariz Əhmədoğlu: “Fransanın təlaşının kökündə Makronun siyasəti bilməməsi dayanır”.

Bütün bunlara görə də ATƏT-in Minsk qrupunun yenidən tənzimlənməyə qoşulması Azərbaycanın da marağındadır. Çünki ATƏT-in Minsk qrupunun birinci prinsipi güc tətbiq etməməkdir. Sonrakı prinsipi isə ərazi bütövlüyüdür. Hazırda bu prinsiplər də Azərbaycanı qane edir. Hətta Rusiyanın qeyri-müəyyən addımlarına görə Azərbaycan yeri gəlsə, ATƏT-in mədəni muxtariyyət təklifini də qəbul edə bilər.

Ona görə də ATƏT-in Minsk qrupu da hələ sıradan çıxmayıb. Bu Ermənistanın da maraqlarına ziddir. Rusiya və Türkiyənin isə ATƏT-in Minsk qrupuna qarşı ardıcıl mübarizə aparacaqlarını düşünmürəm. Əksinə olaraq ATƏT-in Minsk qrupunun fəallaşması Türkiyə üçün də yaxşıdır. Biz ümumiyyətlə çalışmalıyıq ki, ATƏT-in Minsk qrupu Türkiyəni dördüncü həmsədr ölkəsi kimi qəbul etsin. Hazırda bu qeyri-rəsmi şəkildə belədir.

Mübariz Əhmədoğlu: “Makron bu qaydada getsə, Azərbaycan Fransa ilə olan münasibətlərini kəsəcək. Bu da Fransanın iqtisadiyyatına müəyyən qədər təsir edəcək. Amma Fransa ilə əlaqələrin kəsilməsi Azərbaycana təsir etməyəcək”.

Fransanın təlaşının kökündə Makronun siyasəti bilməməsi dayanır. Yaxın vaxtlarda da Makronun siyasəti öyrənməsi qeyri-mümkündür. Ermənilərin Livan məsələsində ona dəstək verəcəyini düşündüyü üçün Makron erməniləri müdafiə edir. Makron və onun ətrafı o qədər savadsızlıq edir ki, ermənilərin Livanda apardıqları siyasəti Makron bilmir. Ermənilərin Livan parlamentində 6 deputatı var. Bunlardan ikisi daimi Hizbullahın, ikisi xristianların, ikisi də daşnakların tərəfindədir. Bu daşnaklardan biri də bəzən İrana, bəzən də xristianlara tərəf olur. Yəni Livandakı erməni icması tam olaraq öz maraqlarını müdafiə etməyə çalışan kiçik bir qrupdur və Makron bunu da bilmir.

Qeyd edim ki, Azərbaycanla Fransa arasında mal dövriyyəsi 2 milyard dollardan yuxarıdır. Ermənistanla Fransa arasında olan mal dövriyyəsi isə 186 milyon avrodur. Burdan da görünür ki, Makron siyasət nədir, bilmir. Əgər Makron bu qaydada getsə, Azərbaycan Fransa ilə olan münasibətlərini kəsəcək. Bu da Fransanın iqtisadiyyatına müəyyən qədər təsir edəcək. Amma Fransa ilə əlaqələrin kəsilməsi Azərbaycana təsir etməyəcək. Çünki Azərbaycan Fransanın sərmayələrini başqa ölkələrə verəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar