Vladimir Putin moldovalı həmkarı İqor Dodonla görüşəcək
APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüş sentyabrın 7-də Moldova Prezidenti İqor Dodonun Moskvaya səfəri çərçivəsində baş tutacaq.
Dövlət başçıları Moldova - Rusiya arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, bir neçə gün öncə İqor Dodon Brüsselə səfər edib, orada Avropa İttifaqının rəsmiləri və NATO-nun baş katibi ilə görüşlər keçirib.
Zümrüd Paşkin