Çərşənbə, 08 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya və ABŞ arasında müharibə başlayarsa...

Amerikalı hərbçilər bütün Rusiyanı cəmi 7 günə ələ keçirə bilərmi?...

Çinli internet istifadəçisinin yazdığına görə, bir sıra amerikalı hərbi ekspertlər hesab edirlər ki, Rusiyanı 7 günə darmadığın etmək olar. Həqiqətdə isə belə deyil.

Rusiyanın «ölümcül silahı» var, ona görə də ABŞ tərəfdən edilən heç bir təxribat və təhdidlər onun üçün qorxulu deyil. Bu barədə «Sina» (Çin) nəşri yazıb.

Son illər Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya arasında münasibətlər pisləşir və iki ölkə arasında müharibə riski artır. Ancaq bəzi amerikalı hərbi ekspertlər bəyan edirlər ki, əgər ABŞRusiya arasında müharibə başlayarsa, o zaman Rusiya ordusunu məhv etmək üçün cəmi yeddi gün lazım gələr.

Bu bəyanatlar hərbi işlə maraqlananların diqqətini çəkib. Yəni amerikalı hərbçilər bütün Rusiyanı cəmi 7 günə ələ keçirə bilərmi? Rusiya ordusu cəmi 7 gün tab gətirər?

Real vəziyyət qorxuncdur. Baxmayaraq ki, ABŞ nizami ordu sayına görə Rusiyanı üstələyir, amma sonuncu böyük miqdarda nüvə silahına malikdir. Əgər Rusiya öz nüvə potensialından istifadə etməyə başlasa, Birləşmiş Ştatları məhv edər. Belə çıxır ki, bizi aldadıblar və Rusiya özü ABŞ-a qalib gəlmək qüdrətindədir.

Məlum «Kayon Eldorado» əməliyyatının gedişində (1986) ABŞ ordusu Liviyada radiolokasiya sisteminə və aerodrorma hücum edib. Zərbə endirmək üçün hərbçilərə 18 dəqiqə vaxt lazım gəlib. Liviya Hərbi-Hava Qüvvələri (HHQ) bircə anda iflic edilib və cavab zərbəsi vura bilməyib.

İraqda müharibənin gedişində hərbçilər yenə də belə taktikadan istifadə ediblər - əvvəlcə İraqın radiolokasiya stansiyasını iflic ediblər, sonra isə yerüstü hədəfləri vurmaq üçün hərbi-hava qüvvələrini işə salıblar.

Birləşmiş piyada ordusu tezliklə İraqda müharibəni bitirib. Bu zaman yüksək texnologiyalı ordu hissələrindən və silahlardan istifadə olunub. Ancaq əgər iki ən güclü ölkə arasında müharibə başlanarsa, Rusiya ABŞ-n hərbi strategiyasına doğru reaksiya verə biləcəkmi?

Sovet İttifaqı dağılandan sonra, Rusiya onun tam hüquqlu varisi oldu. SSRİ-nin hərbi irsinin böyük qismi onun əlinə keçdi. Bunun sayəsində Rusiya indi dünyada ən böyük nüvə arsenalına sahibdir. Bundan başqa, ölkə həm də Sovet İttifqından çoxlu sayda qitələrarası raketlər, hərbi təyyarələr, hərbi gəmilər və s. aldı.

Rusiya silahlar istehsal edir və onun bir hissəsini digər ölkələrə ixrac edir, satışdan əldə olunan vəsaiti daha mükəmməl silahların işlənməsinə və yerlədirilməsinə yönəldir. Beləliklə, bu dövlətin hərbi gücünü düzgün qiymətləndirməmək olmaz.

Eyni zamanda, Rusiya strateji «dərinliyin» yüksək səviyyəsinə malikdir. Dünyanın ən böyük dövləti olaraq, Rusiya 17 milyon kvadrat kilometr sahəni tutur. Bu, demək olar, Birləşmiş Ştatların ərazisindən iki dəfə çoxdur.

Rusiya bütün Asiya qitəsi boyunca uzanıb gedir, şimal-qərbdən Baltik dənizi ilə sərhədlənir. Cənub-qərdən Qara dənizlə, şərqin ən uzaq nöqtəsi olan Alyaska (Berinq boğazından keçməklə) ilə sərhədlənir. Ölkənin bir başından o biri başına (Qərb-Şərq) olan məsafə 9 min kilometrdir.

Hətta Rusiyanın hərbi gücü nəzərə alınmasa belə, bu qədər böyük ərazini qısa müddətdə işğal etmək çətin olar.

Üstəlik də Rusiya nəhəng strateji nüvə güclərinə və böyük miqdarda müasir strateji silahlara malikdir. İxtisarına baxmayaraq, Rusiya ordusu «öllümcül silahların» yeni növləri ilə təchiz olunub - məsələn, hipersəs sürətli «Avanqard» raketləri, «Sarmat» qitələrarası ballistik raketlər, «Topol-M» qitələrarası raketi.

Bunlar artıq uzun müddətdir ki, Rusiya ordusunun sərəncamındadır. Ona görə də müharibə olarsa, Rusiya ordusu böyük ehtimalla, bu silahlarla qarşı tərəfə cavab verəcək.

Nüvə silahına malik olan ölkələr arasında Rusiya nüvə başlıqlarının sayına görə, birinci yerdədir. ABŞ ordusu 4000 nüvə başlığına malikdir, Rusiya isə 5000 ədəd başlığa.

Buna əlavə olaraq, Rusiya tam nüvə triadasına malikdir: Tu-160 və Tu-22M strateji bombardmançılar havadan zərbə endirmək üçün və çoxsaylı şaxtalı atış qurğuları (yerdən qitələrarası raketlərin atışı üçün).

Bundan başqa, Transsibir dəmir yolu magistralında döyüş raket kompleksi gizlədilib, dənizdə isə atom sualtı qayıqları dolaşır («Borey»). Beləliklə, Rusiyanın ABŞ-ın təxribatlarından və təhdidlərindən çəkinəcəyini gözləmək mümkün deyil. (AzPolitika.info)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ABŞ Rusiya


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Akif Çovdarovun azadlığa buraxılmasının səbəbi açıqlandı

Milli Məclisdə işləyən icra başçılarının və deputatların yaxın qohumları - Siyahı

Nüşirəvan Məhərrəmlinin adına şirkəti üzə çıxdı - "Ümid- MN"

Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - Rəsmi

Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edildi - Video

Fonda cəmi 16 deputat pul köçürüb - 105 deputatdan səs-səmir yoxdu

İqtisadçı: “52 milyard dollarlıq rezerv hardadır, çətin gündə xərclənməyəcəksə, nəyə lazımdır?”

Emin Ağalarov: “Gəlirin yoxdursa, maaşı necə vermək olar?”

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

SSRİ-də qara çiçək epidemiyası cəmi 19 günə necə dəf edilib? - Tarixi fakt

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

Neft yenə kəskin ucuzlaşdı – Beynəlxalq ekspertlər bədbin proqnozlar verirlər

loading...

Ən çox oxunanalar