Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Türkiyənin qırmızı cizgilərinə yaxınlaşıb

Rusiya prezidenti Vladimir Putin sentyabrın 13-də Bəşər Əsədlə görüşdü. Əsədin Moskvaya görüşü əvvəlcədən elan olunmamışdı. O, postfaktum bəlli oldu.

Əsədin Putinlə görüşü yalnız ilk baxışda qəfil görünür. Əslində isə bu, Dəməşqin Rusiyanı “İdlib məsələsi”nin güc yolu ilə həllinə cəlb etmək əməliyyatının tamamlayıcı mərhələsidir. Söhbət stutas-kvonun saxlanmasının təminatçısı rolunda Türkiyə ordusunun çıxış etdiyi İdlib əyaləti üzərində Suriya rejiminin nəzarətini hərbi yolla bərpa etməkdən gedir.

Putinin Əsədlə görüşü Dəməşqin Rusiyanı “İdlib məsələsi”nin güc yolu ilə həllinə cəlb etmək əməliyyatının tamamlayıcı mərhələsidir

Görüş zamanı səslənmiş iki fikir diqqət cəlb edir. Vladimir Putin bildirir: «Əsas problem BMT-nin razılığı və sizin sanksiyanız olmadan ölkənin ayrı-ayrı ərazilərində əcnəbi silahlı qüvvələrin yerləşməsindədir, bu, beynəlxalq hüquqa ziddir və sizə ölkəni möhkəmlətmək üçün maksimum səylər göstərməyə və onu bütün ərazilər qanuni hökumətin nəzarətində olacağı təqdirdə mümkün olan sürətlə bərpa etməyə imkan vermir».

Əsəd bununla tamamilə razılaşır: «Suriyada vəziyyətin normallaşmasına dair Astana və Soçi çərçivəsindəki siyasi proseslər artıq 3 ildir dayandırılıb və bunun səbəbi həm də müəyyən dövlətlərin destruktiv əməlləridir ».

“Əcnəbi silahlı qüvvələr” və “müəyyən dövlətlərin destruktiv əməlləri” dedikdə yalnız bir şey nəzərdə tutulur - Türkiyə ordusu və İdlibi məhv olunmaq üçün Əsədə vermək niyyətində olmayan Ankara. Belə ki, bu halda Türkiyə humanitar fəlakətlə qarşı-qarşıya qalacaq, Suriyadan yeni qaçqınların böyük miqdarı isə ölkənin sosial-iqtisadi sahəsini bütünlüklə taqətdən salacaq.

Maskalar düşüb, bu məsələdə Ankara ilə razılaşmalar unudulub - Rusiya aviasiyası artıq bir həftədir İdlib ərazisinə, “başqa Suriya”ya, Əsəd Suriyasının alternativinə bomba və raketlər yağdırır. Bununla həm də Türkiyə hərbçilərinin həyatına təhlükə yaradır. Bu günlərdə rus bombalarından biri Əl-Bara yaşayış məntəqəsində türk blokpostunun lap yaxınlığına düşüb.

Rusiya aviasiyası artıq bir həftədir İdlib ərazisinə, “başqa Suriya”ya bomba və raketlər yağdırır

Ankara hələlik susur, ümid edir ki, Rusiya tərəfi Türkiyənin cızdığı “qırmızı cizgilər”ə çox yaxınlaşdığının fərqindədir və onları keçməyəcək. Ancaq problem ondadır ki, Əsəd və onun iranlı məsləhətçiləri var gücləri ilə Moskvanı uçuruma sürükləyirlər: «Gəl keçək, qorxulu heç nə olmayacaq, əvəzində türkləri sıxıb çıxaracağıq və bütün Suriya bizim olacaq».

Rusiyaya təzyiqdə təhdidlər və vədlər bir-birinə qarışıb. «Biz bir müttəfiq kimi sizdə peşman ola və başqaları ilə sövdələşə bilərik», -rejim Moskvanın bir qulağına pıçıldayır. «Bizim istəyimizi etsəz, istədiyiniz konsessiya sizindir, Suriya iqtisadiyyatının yarısını verərik, mərhum atam Hafiz Əsədə and içirəm”, - Dəməşq Moskvanın digər qulağına mırıldanır.

Rusiya tərəfi İdlibdəki əməliyyata bacardığı qədər müqavimət göstərdi. Faktik üç ildir Suriyanın bu bölgəsindən vəziyyətin pisləşməsini sübut edən ciddi xəbərlər gəlmirdi. Üstəlik əyalətdə dinc həyat axarına düşürdü. Universitet fəaliyyət göstərir və bu günlərdə sənəd qəbulu başlayıb, yollar asfaltlanır, ərzaq məhsulları ilə təchizat şöbəsinin işçiləri qiymət standartına riayət olunduğuna əminlik üçün mağazaları yoxlayır…

İdlibdən qaçqın dalğasının olacağı Əsəd rejimini narahat etmir. Qoy buna görə Ankaranın başı ağrısın, Əsəd bundan təkcə udur

İdlibdə həyat Əsədsiz də axarına düşür - Dəməşqi də məhz bu özündən çıxarır. Onlar əyaləti yenidən özlərinə tabe etdirmək və xərac yığan rüşvətxor məmurlarını gətirmək, öz qaydalarını tətbiq etmək üçün məhz bunun qarşısını almağa çalışırlar. Onların qaydalarına görə isə hakim rejimin “silahlı adam”ı istədiyini etməkdə sərbəstdir.

Qaçqın dalğasının olacağı Əsəd rejimini narahat etmir. Qoy buna görə Ankaranın başı ağrısın, Əsəd bundan təkcə udur - torpaqlar və əmlak azad olunacaq, deməli, İran proksiləri ilə hesablaşmaq olar.

Moskvanın manevr üçün hələ vaxtı qalıb. Onun havadan endirdiyi zərbələr elə də sıx deyil, quruda isə hökumət qoşunlarının və İranpərəst qruplaşmaların hücumları son üç ildə qurulmuş müdafiə xəttinə dəyib səngiyəcək. Türkiyə də məhz Rusiya tərəfinin sağlam düşüncəsinə ümid bəsləyir. Əgər ehtiyac yaranarsa sərt hərbi və diplomatik cavaba hazırlaşmağı da unutmadan.(Müəllif: Cəmal Bustani, virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar