Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Rusiya Türkiyəni tələyə saldı” – “S-400” prosesinin şok pərdəarxası

“Rusiyadan alınan “S-400” sistemlərinin təslim edilməsi Türkiyəni zəiflədib, Prezident Ərdoğanın şəxsi nüfuzunu isə beynəlxalq arenada gücləndirir”

PİA.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Ekspertin fikrincə, bu sistemlərin Türkiyəyə satılması “siyasi tələ”dir:

S-400”-lər Türkiyə üçün “tələdə pendirdən2 başqa bir şey deyildi, bu anlaşma ilə Rusiya Türkiyəni özünə bağlı hala gətirdi. Rusiyanın hesablaması çox dəqiq idi - raketləri alan Ərdoğanın Qərblə arası daha da pozulacaq, bu halda Ərdoğan mövqelərini gücləndirmək üçün məcburi olaraq arxasını Rusiyaya dayamağa və ondan daha geniş dəstək almağa məcbur olacaq.

Lakin arxasını Rusiyaya yastlayan dövlətlərin halı ortadadır; iqtisadiyyatları, insan haqları və demokratiyaları bərbad gündədir. Eyni tale bu dəfə Türkiyəni gözləyir. Tamamilə da Duqin və Rusiyanın istədiyi kimi olacaq. Diqqət eləsəniz görərsiniz ki, uyğur türklərin Çində düşərgələrə toplanmasına etiraz edən dövlətlər arasında Türkiyə yox idi. Artıq Türkiyə də beynəlxalq arenada Çin və Rusiyanın yanındadır”.

Fərhad Mehdiyevin sözlərinə görə, Rusiya və Ərdoğanın bu məsələdə əsas rəqibi Türkiyənin azadlıqsevər xalqıdır ki, onlar da Ərdoğanın dəyişməsi üçün çalışacaq: “Rusiya isə daxildə də nəzarəti əldə saxlamaq üçün Ərdoğana kömək edəcək. 15 iyul çevrilişinə cəhddə olduğu kimi… Tarixdə heç vaxt olmadığı qədər Türkiyə Rusiyadan asılı vəziyyətə düşüb”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar