Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Rusiya Türkiyəni Cənubi Qafqaza buraxmamaqda israr edir - Bəs ikili arasında yaranan soyuqluğun tək səbəbi Qarabağdır?

Bəzi təsdiqlənməmiş məlumatlara görə isə Azərbaycan Rusiya tərəfindən təqdim edilən sülhməramlıların Dağlıq Qarabağa fəaliyyətinin nizamlanması barədə müqavilən imzalamaqdan imtina edir. Qeyd edilən müqavilə imzalanmazsa,  Rusiyanın Dağlıq Qarabağdakı missiyası durdurula bilərmi?..

Politoloq: “Telefon danışıqlarının nəticələrinin Rusiya və Türkiyə rəsmiləri tərəfindən fərqli şəkildə şərh edilməsi onu göstərir ki, Moskvanın Türkiyəni Cənubi Qafqaza buraxmaq istəməməsi rəsmi Ankarada ciddi şəkildə qıcıq oyadıb”.

“Həm Ərdoğanın, həm də Çavuşoğlunun bəyanatları Rusiyaya diplomatik yolla göndərilən mesajdır”.

Bu sözləri politoloq Zaur Məmmədov Türkiyənin Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazı olmasının səbəblərini və bunun nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Ankarada sual doğuran məqamları açıqlayıb. Nazir bildirib ki, ilk növbədə Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir.

Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozduğunu qeyd edən Çavuşoğlu bölgədəki rus hərbçilərinin sayının anlaşmada əks olunduğundan çox olması barədə Azərbaycandan bir şikayət gəlmədiyini qeyd edib: "Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil”, dedik.

Eyni zamanda Türkiyə mətbuatına verdiyi müsahibədə Türkiyənin xarici İşlər naziri Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması barədə məlumatlara da aydınlıq gətirib. O bildirib ki, ehtiyac olsa, Azərbaycanla Türkiyə arasında ikitərfli anlaşma imzalana bilər.

Qeyd edək ki, son zamanlar isə müxtəlif səviyyələrdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağa girişinin qanunsuz olması barədə fikirlər səsləndirilir. Eyni fikri də bu dəfə Çavuşğlu səsləndirib. Bəzi təsdiqlənməmiş məlumatlara görə isə Azərbaycan Rusiya tərəfindən təqdim edilən sülhməramlıların Dağlıq Qarabağa fəaliyyətinin nizamlanması barədə müqavilən imzalamaqdan imtina edir.

Türkiyə ilə Rusiya arasında soyuqluğun yaranmasına nə səbəb olur və məsələ ancaq Qarabağdakı fikir ayrılığı ilə bağlıdırmı? Həmçinin qeyd edilən müqavilə imzalanmazsa, Rusiyanın Dağlıq Qarabağdakı missiyası durdurula bilərmi?

Rusiya və Türkiyə arasında baş verənləri və eyni zamanda Qarabağda sülhməramlılar gələcək fəaliyyətini PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Ərdoğanın Minsk qrupu ilə bağlı çağırış bir qədər fərqli mövqe ortaya qoyur”.

Gələcək günlərin Qarabağla və Cənubi Qafqazla bağlı əsas mövzusunun Türkiyənin səsləndirirdiyi məqamların olacağını proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya Türkiyənin razı qalmadığı məsələlər barədə dialoqu intensivləşdirəcək:

“Türkiyə rəsmilərinin Moskva görüşündən dərhal sonra Putin və Lavrovla telefon danışıqları oldu. Telefon danışıqlarının nəticələrinin isə Rusiya və Türkiyə rəsmiləri tərəfindən fərqli şəkildə şərh edilməsi onu göstərir ki, Moskvanın Türkiyəni Cənubi Qafqaza buraxmaq istəməməsi rəsmi Ankarada ciddi şəkildə qıcıq oyadıb. Yəni Türkiyə silahlı qüvvələrinin Cənubi Qafqaza buraxılmaması və Türkiyənin dəhlizlərdən istifadə etməsində adının hallanmaması rəsmi Ankarada narazılıqla qarşılanıb.

Digər tərəfdən biz bilirik ki, Azərbaycan tərəfini də narahat edən əsas məsələlərdən biri gələcəkdə sülhməramlıların Qarabağı tərk etməsi və eyni zamanda hal-hazırda onların öz öhdəliklərini düzgün şəkildə yerinə yetirməsindən ibarətdir. Biz görürük ki, sülhməramlılar ermənilərə ciddi şəkildə humanitar yardımlar edirlər. Lakin onların ilk öhdəliyi erməni silahlılarının bölgədən çıxarılması idi. Təbii ki, Laçın dəhlizi və Şuşa ərtafında baş verənlərlə bağlı da müəyyən suallar var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “sülhməramlılar və birgə monitorinq mərkəzi olmadan Azərbaycanda ermənilər gələcəkdə bir yerdə yaşamalıdılar”, kimi fikri də əslində bizim istəyimizin nəticəsidir. Çünki Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi, eyni zamanda ermənilərlə, azərbaycanlıların bir yerdə yaşaması bizim də əsas hədəflərimizdən biridir. Həmçinin də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da Laçın dəhlizi Azərbaycanın fikri önəmli fikridir. Çünki Laçın da, Kəlbəcər də, Xankəndi də Azərbaycan torpaqlarıdır.

Zaur Məmmədov: “Bölgədə Türkiyə-Azərbaycan hərbi, siyasi, iqtisadi birliyi bu gündən sonra daha da intensivləşəcək”.

Ərdoğanın Minsk qrupu ilə bağlı çağırış isə bir qədər fərqli mövqe ortaya qoyur. Əvvələr Türkiyə Rusiya ilə birgə münaqişənin həll ediləcəyini bildirirdisə, bu dəfəki bəyanatda Ərdoğan Minsk qrupunu da münaqişəsinin həll edilməsinə çağırdı. Bu Türkiyənin Rusiyaya mesaj göndərməsidir. Ümumiyyətlə həm Ərdoğanın, həm də Çavuşoğlunun bəyanatları Rusiyaya diplomatik yolla göndərilən mesajdır. Düşünürəm ki, gələcək günlərin əsas mövzusu Türkiyənin səsləndirirdiyi fikirlər olacaq. Rusiya Türkiyənin razı qalmadığı məsələlər barədə dialoqu intensivləşdirəcək.

Hər bir halda 44 günlük müharibədə biz Azərbaycanın təkləndiyinin şahidi idik. ATƏT-in həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı iki dəfə ciddi qətnamə qəbul edə bilərdilər. Buna yaxın idilər. Eyni zamanda Azərbaycan üçüncü dövlət tərəfindən hərbi təhdidlə üz-üzə qalmışdı. Bütün bunlar fonunda Türkiyənin Azərbaycan üçün etdiklərini biz heç vaxt yadımızdan çıxarmayacağıq. Bölgədə Türkiyə-Azərbaycan hərbi, siyasi, iqtisadi birliyi bu gündən sonra daha da intensivləşəcək.

Onu da qeyd edim ki, fevralın 1-12-də Ermənistanın Qərb bölgəsinə yaxın olan Qarsda Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirəcək. Bu da çox vacib amildir”.

Nərminə UMUDLU
pia.az


z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

Ramiz Mehdiyevlə Vasif Talıbova maska taxdırdılar - Foto

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Cahangir Əsgərovun həyat yoldaşının sərvəti - Bir neçə ayda 7.7 milyon...

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Bakıda əməliyyat keçirildi, vəzifəli şəxs həbs edildi

Ən çox oxunanalar