Cümə, 15 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rusiya türk ordusuna dəstək verə bilər 

Mühüm gəlişmə...

Axar.az rus politoloq və tarixçi Oleq Kuznetsovla müsahibəni təqdim edir:

– Türkiyənin Suriyanın şimalında başlatdığı əməliyyatlara Rusiyadan baxış necədir? Ümumi mənzərəni necə təsvir edərdiniz?

– Mən bir şeydən əminəm ki, Kreml bu əməliyyatda maraqlı deyil və bütün təmas xətlərindəki rəsmi nümayəndələrinə - siyasi, diplomatik, hərbi - bu məsələdə həddən artıq ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Yəni bu ifadələri rus kargüzarlıq-bürokratik dilindən rus danışıq dilinə tərcümə etsəniz, məlum olur ki, Rusiyanın siyasi elitası Türkiyə Silahlı Qüvvələrinin bu hərbi əməliyyatı ilə tanışdır və bu məsələdə Ankaraya xas olan entuziazmı bölüşmürlər. Suriyadakı hərbi gərginliyin artdığı açıq şəkildə ortadadır, bu, ölkədəki rus qoşunları qrupunu narahat etməyə bilməz. Lakin yeni başlayan hərbi əməliyyatlar zonası coğrafi cəhətdən rus bazalarından və Suriyadakı rus hərbçilərinin məsuliyyət bölgələrindən uzaq olduğundan, Moskva tərəfindən heç bir etiraz yoxdur. Buna görə də Moskva rəsmi Ankaranı təmkinli olmağa çağırır, düzü, Rusiya vəziyyətə birbaşa təsir etmək üçün real imkanı olmadıqda həmişə belə davranır.

– Astana formatı çərçivəsində Türkiyəylə Suriya məsələsində aktiv əməkdaşlıq edən Rusiyanın bu əməliyyatda Ankaraya dəstəyi nə qədər realdır?

Suriyadakı rus hərbi qruplarının bu əməliyyatın aparılmasında türk qoşunlarına birbaşa hərbi və ya hərbi-texniki yardım göstərməyəcəyindən əminəm. Lakin Suriyanın şimalındakı beynəlxalq terrorçularla əlaqəli kəşfiyyat məlumatlarının mübadiləsi gözləniləndir. Bunun xüsusilə də ABŞ-ın ənənəvi olaraq dəstəklədiyi ərazilərin tamamilə təmizlənəcəyi günə qədər davam edəcəyini istisna etmirəm. Çünki bu, həm Rusiya, həm də Türkiyə hərbçilərinin əsas məqsədidir. Rəsmi Ankara Moskvanın tammiqyaslı siyasi dəstəyini yalnız o zaman ala bilər ki, əməliyyatı həyata keçirərkən əvvəlcədən elan edilmiş parametrlərdən kənara çıxmasın və elan edilmiş hədəflərinə çatsın. Bütün başqa hallarda, Rusiyada deyildiyi kimi, “müxtəlif variantlar” mümkündür.


– Bu əməliyyatın müddətini və nəticələrini necə proqnozlaşdırırsınız?

– Bununla bağlı hər hansı bir proqnoz verməkdən çəkinirəm, çünki müharibə çox mürəkkəb bir məsələdir və əməliyyatlar teatrındakı vəziyyəti dəqiq bilmədən nəsə deməyin düzgün olmadığını düşünürəm. Hazırda döyüşən tərəflərin hərbi-texniki tarazlığını, əməliyyatın miqyasına və vaxtına təbii və iqlim amillərinin təsirini dəqiq şəkildə qiymətləndirə bilmirəm. Ancaq birmənalı olaraq bir şeyi deyə bilərəm - Türkiyə hərbi qüvvələri əməliyyat ərazisini çox yaxşı tanıyır, çünki onunla həmsərhəddir, türk qoşunları məhz belə şəraitdə hərbi əməliyyatlar keçirməyə hazırlaşdırılıb, bu əməliyyata hazırlıqlar bir ay deyil, bəlkə də bir ildən çox aparılıb. Buna görə də düşünürəm ki, Türkiyə hərbi komandanlığı bütün mümkün riskləri, döyüşlərdə iştirak edən qoşunların ehtiyaclarını, resurslarını, döyüş sursatları, hadisələrin inkişafı üçün müxtəlif ssenariləri əvvəlcədən hesablayıb, öz hücumlarına və düşməninin reaksiyasına uyğun əvvəlcədən tədbirlər görüb, bir sözlə, müharibəyə tam hazır vəziyyətdədir. Maksimum nəticəni ən qısa zamanda görmək istərdim, amma müharibədə həmişə belə olmur.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Rusiya Türkiyə

Şərh yazın.

loading...

Ən çox oxunanalar