Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya telekanallarında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında verilişlər yayımlanıb. Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. Bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb.

PİA.az AZƏRTAC-a istinadla müsahibəni təqdim edir.

Prezident İlham Əliyev: O, MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edib, dünyanın aparıcı ali məktəblərindən birinə çevrilib. Mən bilirəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır.

Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən demişdim ki, bu forumun Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Həm ölkənin adının, həm də soyadımın əlifba sırasına görə belə olmalı idi. Lakin mən onu da dedim ki, yəqin bu, həm də ona görədir ki, hələlik mən MDBMİ-nin yeganə prezident məzunuyam və arzu etdim ki, belə məzunlar çox olsun. Şadam ki, bu, belə də olur. Biz artıq iki nəfərik. Əminəm ki, bu, hələ başlanğıcdır. Biz çox olacağıq, ona görə ki, əminəm, bizim almamaterin məzunları, necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub olduqları ölkələrin həyatında layiqli yer tutacaqlar, çünki MDBMİ praktiki olaraq bütün dünyanı birləşdirir. Əminəm ki, gələcəkdə MDBMİ-nin məzunları olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxlayın!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar