Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya təhsil ocaqlarının Azərbaycanda yayılması: Təhsil, yoxsa gələcək üçün təhlükə?...

Natiq Miri: “Rusiya Universitetlərinin filiallarının Azərbaycanda açılması hansı şəbəkənin maraqlarına xidmət edir ki, bu cür filiallar ard-ard olaraq Azərbaycanda açılır”

Qulu Məhərrəmli: “Azərbaycanda Rusiya müəssisələrinin, o cümlədən rus dilli təhsil müəssisələrinin sayının artması xoşagələn tendensiya deyil”.

Azərbaycan postsovet məkanında rus dilinin beynəlxalq dil kimi mühafizə olunduğu və rusdilli təhsilin olduğu kimi saxlanıldığı az sayda ölkələr sırasındadır. Rusiya təhsil ocaqlarının Azərbaycanda fəaliyyəti hər il daha da genişlənməkdədir və Moskva Universitetlərinin fliallarının sayı Bakıda durmadan artmaqdadır.

Qeyd edək ki, dünən Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin Bakı filialının açılması barədə məlumata yayılıb. Hər şeydən göründüyü ki, Azərbaycanda həm Rusiya təhsil sistemi və rus dili öz mövqelərini getdikcə daha çox güçləndirməkdədir. Azərbaycanda intellektual kəsimin də sürətlə “ruslaşması” müşahidə olunmaqdadır. Bu sahədə Orta Asiya ölkələrindən sonra Azərbaycan öncüllüyü də şübhə doğurmur.

Bəs Rusiya təhsil ocaqlarının Azərbaycanda bu qədər yayğınlaşması milli təhlükəsizliyimiz, inkişafımız baxımından hansısa problem və təhlükə yaradırmı və rus dilinin Azərbaycanda yenidən əsas ünsiyyət dilinə çevrilməsini müstəqilliyimiz üçün ziyanlı hal kimi dəyərləndirmək olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə və tanınmış jurnalisti, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmliyə müraciət edib.

Natiq Miri: “Rusiyadan dəfələrlə üstün olan və elmi cəhətdən potensialı yüksək olan Qərb dünyasının universitetlərinin filialları nədənsə Azərbaycanda açılmır”.

Rusiya Universitetlərinin filiallarının Azərbaycanda açılmasının Azərbaycan təhsilinə hansısa müsbət mənada tövhə vermədiyini düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, həmin universitetlərin filiallarında Azərbaycan universitetlərindən daha üstün təhsil verildiyi müşahidə edilmir:

Azərbaycanın inkişaf etmiş ölkələrə istənilən sahədə, hətta təhsil sahəsində də addımlar atması normal qəbul oluna bilər. Amma bildiyimiz kimi Rusiya aqressiv ölkədir və Rusiya təəssüf ki, hələ də imperiya siyasətindən vaz keçməmiş ölkədir. Hələ də Rusiya Azərbaycan da daxil olmaqla keçmiş postsovet ölkələrini özünün arxa baxçası sayır. Bu cür yanaşma, bu cür siyasət digər ölkələrlə bərabər hüququlu münasibətlər sisteminə imkan vermir. Yəni Rusiya postsovet ölkələrinin heç biri ilə bərabər hüquqlu, qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlığı ortaya qoymur bunun üçün platformalar yaratmır. Rusiya daim özünün nüvəsi olduğu sistemə özünün arxa baxçası saydığı ölkələri cəlb etməklə yenə də bir növ imperiya siyasətini və imperiya iddialarını qlobal səviyyədə ortaya qoyur.

Bu baxımdan təhsil sahəsində Rusiya yönlü və yaxud da Rusiya Universitetlərinin filiallarının ard-arda Azərbaycanda açılmasına o qədər də xoş baxmıram. Əvvəla düşünmürəm ki, Rusiya Universitetlərinin filiallarının Azərbaycanda açılması Azərbaycan təhsilinə hansısa müsbət mənada tövhə verə bilə. Həmçinin həmin universitetlərin filiallarında Azərbaycan Universitetlərindən daha üstün təhsil verildiyini də biz müşahidə etməmişik. Rusiya Universitetlərinin filialları Azərbaycan təhsilindən üstün olmayan, əksinə daha aşağı səviyyədə bir təhsili ortaya qoyursa, o zaman bu universitetlərin filialları Azərbaycanda niyə açıldığı anlaşılan deyil.

Natiq Miri: “Rusiya universitetlərinin filialların açılmasına rəvac verməkdənsə, daha çox ölkədə fəaliyyət göstərən universitetlərin səviyyəsini yüksəltmək, qaldırmaq lazımdır”.

Rusiya Universitetlərinin filiallarının Azərbaycanda açılması hansı şəbəkənin maraqlarına xidmət edir ki, bu cür filiallar ard-ard olaraq Azərbaycanda açılır? Hesab edirəm ki, bu cür filialların açılmasına rəvac verməkdənsə, daha çox ölkədə fəaliyyət göstərən universitetlərin səviyyəsini yüksəltmək, qaldırmaq lazımdır. Yoxsa ki, başqa dövlətlərin universitetlərinin filiallarının Azərbaycanda açılması anlaşılan deyil. Çünki bu cür filiaaların açılması müəyyən korperativ və siyasi maraqlara xidmət edir.

Bir məqama da diqqət etmək lazımdır ki, Rusiyadan dəfələrlə üstün olan və elmi cəhətdən potensialı yüksək olan Qərb dünyasının universitetlərinin filialları nədənsə Azərbaycanda açılmır. Bu baxımdan düşünürəm ki, Rusiya Universitetlərinin filiallarının Azərbaycanda açılması hansısa maraqlara xidmət edir. Məhz bu baxımdan mən bu məsələyə müsbət yanaşmıram”.

Qulu Məhərrəmli: “Bu gün Rusiya təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin Azərbaycanda olması təcüblü deyil. Təəccüblü olan onların sayının surətlə artmasıdır”.

Hər bir işdə ölçü, balans, çərçivənin olmalı olduğunu qeyd edən professor PİA.az-a açıqlamasında qeyd edib ki, bu məsələ gələcəkdə Azərbaycan üçün hansısa problemlər yarada bilər:

“Biz uzun müddət Rusiya ilə mədəni, hümanitar mühitdə olmuşuq. Bu gün Rusiya təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin Azərbaycanda olması təcüblü deyil. Təəccüblü olan onların sayının surətlə artmasıdır.

Hesab edirəm ki, hər bir işdə ölçü, balans, çərçivə olmalıdır. Buna görə də Azərbaycanda Rusiya müəssisələrinin, o cümlədən rus dilli təhsil müəssisələrinin sayının artması xoşagələn tendensiya deyil. Bu məsələ gələcəkdə Azərbaycan üçün hansısa problemlər yarada bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar