Çərşənbə axşamı, 16 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Rusiya Şərqi Aralıq dənizində səhnəyə çıxır...

Rusiya eynilə Suriya məsələsində olduğu kimi İran və Türkiyəyə yaxın olan siyasətinə Aralıq dənizində də davam edəcəkmi?

Süleyman Seyfi
“Yeni Şafak” qəzeti, Türkiyə, 11 iyul 2019-cu il

Şərqi Aralıq dənizində təhlükəli bir gücün toplanması davam edərkən, Rusiyanın bu durumda nə edəcəyi hələlik məlum deyil. Rusiya eynilə Suriya məsələsində olduğu kimi İran və Türkiyəyə yaxın olan siyasətinə burada da davam edəcəkmi? Vacib məsələ budur.

Nəhayət ki, vəziyyət aydın olub. Rusiya Xarici İşlər Nazirliyindən verilən son açıqlama da göstərir ki, Rusiya ən azından bu mərhələdə Türkiyə ilə yaxın deyil. Rusiya Türkiyənin Şərqi Aralıq dənizində bayraq açmasını “təhlükəli” bir xəbər kimi qiymətləndirib. Görünən odur ki, Rusiya Türkiyə belə davam etdiyi təqdirdə Kipr probleminin həll edilməyəcəyindən qorxur. Bu açıqlamanı əsas götürsək, ən azından hələlik quruda təsirli olan Astana və Soçi kimi ölkələrin dənizdə hökm etmədiyi ərazilərə nəzarət etmək şansımız var.

Bu proses 40 il əvvələ qədər uzanır. 1979-ci ildəki İran İnqilabı ilə başlayan prosesin ilk kritik səviyyəsi 10 il davam edən İran-İraq müharibəsi idi. Bundan sonra isə 2 mərhələli olaraq Səddam rejiminin məhvi başlamışdı. 3-cü mərhələdə isə qarşımıza son 10 ildə baş vermiş Ərəb Baharı dalğası, Qəddafinin hakimiyyətdən salınması, Misirdə Mübarək-Mürsi-Sisi dönəmlərindəki keçidlər və Suriyanın dağıdılması hadisələri çıxır.

İndi isə keçək prosesin pik nöqtəsinə: Şərqi Aralıq dənizinə. Artıq vəziyyəti bütünlüklə daha konkret şəkildə qavraya bilirik. Baş verən bu proseslərin son nəticə ilə bağlı olduğu anlaşılır. İraq, Suriya, Misir hadisələri daha çox Şərqi Aralıq dənizi hegemoniyası üçün idi.

Bir-birinə bənzəyən 2 kritik xəbər vasitəsilə vəziyyəti izah edək: İraqda devrilən Səddam ilə Liviyada devrilən Qəddafi arasındakı oxşarlıq diqqəti cəlb edir. Səddam İraqın neftini Amerika dolları ilə yox, Avropa avrosu ilə satmağa qərar vermişdi. Qəddafinin də belə bir niyyəti vardı. Hər ikisinin də aqibəti ortadadır. Sonra bu mənzərəyə 2006-cı ildə İran da əlavə edildi. Hədəf olmasının əsas səbəbi də budur.

Zəngin neft bölgəsi olan Orta Şərqdə baş verən qanlı hadisələrin sırf neftlə bağlı olduğunu küçədəki uşaq da bilir.

Bu dinamikanın uzaqdakı parçası isə Venesueladır. Məsələ bir yerə qədər neftin nəzarətdə saxlanılması və göndərilməsi ilə bağlıdır. Lakin çox asanlıqla başa düşülən bu vəziyyətin ən kritik məqamı fossil yanacağa sahib olmaq yox, onların alqı-satqısının hansı vasitələrlə həyata keçiriləcəyi məsələsidir. Yəni əsas olan maliyyə-pul mövzusudur.

Xülasə, Orta Şərqdə və Aralıq dənizində baş verənləri Amerika dollarının yaşadığı ağır böhranlarla birlikdə dəyərləndirmək lazımdır. Amerika dollarının hegemoniyasının onurğası isə Petrodollarıdır. Bu məsələni vurğulamağımın səbəbi “görəsən, müharibə baş verər bilərmi?” sualına müsbət cavab verməkdir. Yəni Petrodolları açıq şəkildə təhdid edilmədikcə ABŞ müharibə çıxarmaq istəməz. Bunu yaddan çıxarmayaq.

ABŞ-ın yanında olan qüvvələr bu və ya digər şəkildə Petrodolların hegemoniyasına xidmət edir. Amma bu qatı bir blokada ilə reallaşmır. ABŞ ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanına belə bəzən nəzarət etməkdə çətinlik çəkir. Davam edən mərhələdə bu zənginliklər bölüşdürüldüyü üçün prosesə daxil olan qüvvələr hələlik digər faktorlarla hərəkət edirlər. İlk əsas məsələ bu varlıqların sahibini müəyyən etməlidir. Hər kəs bu tortdan ən böyük dilimi götürməyə çalışır. Şirkətlərin çoxu isə ABŞ və dəstəkçilərinin yaratdığı siyasi-hərbi dəstəyə arxalanaraq fəaliyyət göstərirlər. Kipr isə get-gedə mərkəzi bir yerə gəlir. Bununla da, Misir, İsrail, BƏƏ, Yunanıstan və Cənubi Kipr bir-birinə yaxın dayanır. Türkiyə isə təkbaşına, amma əzmlə yol gedir. Əsas problemi Afrika olan Fransa belə hücuma keçib. Almaniya isə ortada yoxdur.

Rusiyanın prosesə daxil olması isə suyu "bulandıra" bilər. Avropa enerji monopoliyası olan Rusiya Şərqi Aralıq dənizi neftinin Avropaya daşınmasından və öz monopoliyasını dağıtmasından xeyli narahatdır. Dəqiqdir ki bu rəqib neft və təbii qaz axınını pozmaq üçün əlindən gələni edəcək. Əgər bunu edə bilməsə, payını artırmaq üçün hər şeyi edəcək. Onsuz da Bəşər Əsədin “qara qaşı, mavi gözləri” üçün üçün Suriyaya gəlməyib. Kifayət qədər ağıllı bir siyasət izləyir. Bu mərhələdə isə Kipri hədəfləyir. Niyyəti dünyada Kipr kimi tanınan və sayılıb-seçilən əlaqələri olan Cənubi Kiprdə hərbi baza əldə etməkdir. Çıxışına Türkiyə əleyhinə danışaraq başlamasının da səbəbi budur. Amma ABŞ-ın buna icazə verməyəcəyi də məlum məsələdir. Çünki əgər Cənubi Kipr Rusiyaya baza versə, ABŞ-ın bütün kuklaları darmadağın olacaq. Bu addımın Yunanıstan və Cənubi Kipr ilə ABŞ-ın münasibətlərini pozacağı aydın məsələdir. Əgər bu qapı bağlansa, Rusiyanın yenidən Türkiyəyə yaxınlaşması qaçınılmazdır. Fikrimcə, Rusiyanın son açıqlaması onun Şərqi Aralıq dənizindəki sonuncu və dəqiq mövqeyini müəyyənləşdirməkdən xeyli uzaqdır. Gözləyək görək Rusiya-Cənubi Kipr münasibətlərinin sonu necə olacaq.

Türkiyənin Şərqi Aralıq dənizində gücünü S-400-lərlə toplayıb yoluna təkbaşına davam etməsi boş avanturistlik deyil. Əlində güclü bir “kozır” var. Çünki bu regionda olan zənginlik yalnız Türkiyə vasitəsilə daşına bilər. İqtisadiyyatı gedərək kiçilən Almaniyanın Aralıq dənizi ilə bağlı siyasətini Türkiyə ilə aparmaqdan başqa çıxış yolu qalmayıb. Fransanın da vəziyyəti eynidir. Yaxın zamanda yenidən keçiriləcək İstanbul 4-lü (Türkiyə-Almaniya-Fransa-Rusiya) zirvə görüşündə çox məsələlər öz həllini tapacaq...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


loading...