Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Rusiyanın Qarabağda formalaşdırdığı idarəetmə sistemini zəruri müvəqqəti idarəetmə halı kimi qəbul etmək olarmı, yoxsa Rusiya özünün idarəetmə strukturları yaratmaqla Qarabağı qeyri-rəsmi olaraq ilhaq etmiş olur?..

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Azərbaycanın ərazi bütövlüyü və bütün ərazilərində suvereniteti bərpa olunmayıb”.

“Prosesin əvvəlindən də qeyd etmişdik ki, Dağlıq Qarabağda hansı ölkələrin gücü-qüvvəsi olacaqsa, Dağlıq Qarabağ da o ölkənin olacaq”.

Bu sözləri politoloq Natiq Miri Rusiyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhməramlı missiya ilə paralel olaraq polis funksiyasını erinə yetirmək də daxil olmaqla idarəetmə strukturları yaratmağı planlaşdırnası ilə bağlı yayılan xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Türkiyənin Rusiya Araşdırmaları İnstitutu məlumat yayıb ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhməramlı missiya ilə paralel olaraq polis funksiyasını da yerinə yetirməyi planlaşdırır. Xəbərdə iddia olunur ki, Rusiya Komanda Mərkəzi sözügedən ərazidə bütün idarəetməni təhvil alacaq, Rusiya Federasiyası nazirliklərinin strukturları Dağlıq Qarabağda yarradılacaq və məsul vəzifələrə təyinatlar Rusiya tərəfindən ediləcək. Beləliklə də ermənilərin yaşadığı bölgədə nazirliklər və digər idarələr Rusiyaya bağlı olacaq, ərazi onlar tərəfindən idarə olunacaq, Azərbaycanın isə bu və ya digər məsələlərə müdaxilə etmək imkanı olmayacaq.

Lakin belə bir fikir də yürütmək olar ki, hazırkı dönəmdə azərbaycanlılarla ermənilər arasında kontaktların imkansız olduğunu nəzərə alarsaq, normal münasibətlər formalaşana qədər Rusiyanın atdığı bu addım zərurətdən doğur...

Rusiyanın Qarabağda formalaşdırdığı idarəetmə sistemini zəruri müvəqqəti idarəetmə halı kimi qəbul etmək olarmı, yoxsa Rusiya özünün idarəetmə strukturları yaratmaqla Qarabağı qeyri-rəsmi olaraq ilhaq etmiş olur?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Rusiya təkcə sülhməramlı missiyası ilə məhdudaşacaq geosiyasiyasət ilə Qarabağa gəlməyib. Rusiyanın geosiyasi niyyətlərinin çərçivəsi daha böyük və daha uzağa gedəndir”.

Polis nəzarət funksiyasını yerinə yetirə biləcək Rusiya hüquq mühafizə orqanlarının Qarabağa gətirilməsi ilə Moskvanın Dağlıq Qarabağda yerli idarəetmə strukturlarını Azərbaycandan kənar yaratmaq niyyətlərini ortaya qoyduğunu söyləyən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bütün bunlar Azərbaycanın Dağlıq Qarabağdakı suverenliyini məhdudlaşdırır:

“Prosesin əvvəlindən də qeyd etmişdik ki, Dağlıq Qarabağda hansı ölkələrin gücü-qüvvəsi olacaqsa, Dağlıq Qarabağ da o ölkənin olacaq. Bu gün Rusiyanın atdığı addımlar bilavasitə dediklərimizi bir daha təsdiq edir. Çünki Rusiya təkcə sülhməramlı missiyası ilə məhdudaşacaq geosiyasiyasət ilə Qarabağa gəlməyib. Rusiyanın geosiyasi niyyətlərinin çərçivəsi daha böyük və daha uzağa gedəndir.

Artıq humanitar mərkəz adı altında müəyyən idarəetmə strukturları yaradılıb. Həmçinin müəyyən inşaat qrupları Qarabağa gətirilir. Paralel olaraq da polis nəzarət funksiyasını yerinə yetirə biləcək hüquq mühafizə orqanları Qarabağa gətiriləcək. Polis nəzarət funksiyasını yerinə yetirə biləcək Rusiya hüquq mühafizə orqanlarının Qarabağa gətirilməsi ilə Moskvanın Dağlıq Qarabağda yerli idarəetmə strukturlarını Azərbaycandan kənar yaratmaq niyyətlərini ortaya qoyur. Bu kontekstdə Rusiya Azərbaycanın Dağlıq Qarabağdakı suverenliyini məhdudlaşdırır. Bu da Azərbaycan üçün yaxşı olmayacaq nəticələr vəd edir.

Buna görə də biz Rusiya sülhməramlıları təcili surətdə Qarabağa gələndə bunu ilk növbədə işğal kimi dəyərləndirdik. Çünki Rusiya öz təcrübəsində heç bir ölkəyə sülhməramlı missiyası ilə getməyib. Harada Rusiyanın sülhməramlı missiyası varsa, orada Rusiyanın ciddi geosiyasi niyyətlərinin olmasını və sonradan da hətta işğalçı ölkəyə çevrilməsini müşahidə etmişik. Bu Moldavada da, Gürcüstanda da, Ukraynada da və Suriyada da belə olub və indi də bu geosiyasi addım Azərbaycanın Dağlıq Qarabağ ərazisində reallaşır. Mən hesab etmirəm ki, Rusiya istisna olaraq Azərbaycan üçün bu taktikadan vaz keçsin.

Natiq Miri: “Rusiya Qarabağada sülhməramlı missiyası adı altında bəzi hücum silahları, hətta havadan müdafiə raketləri yerləşdirməklə heç də qısamüddətli Azərbaycanda yerləşmədiyinə işarə verir”.

Artıq hiss olunur ki, Rusiya köklü şəkildə Qarabağa yerləşməkdədir. Ayrıca Rusiya Qarabağada sülhməramlı missiyası adı altında bəzi hücum silahları, hətta havadan müdafiə raketləri yerləşdirməklə heç də qısamüddətli Azərbaycanda yerləşmədiyinə işarə verir. Bu cür idarəetmə strukturlarının yaradılması isə Rusiyanın daha geniş geosiyasi maraqlarını ortaya qoyur. Bu da Azərbaycan adına çox acınacaqlı durumdur.

Düşünürəm ki, Rusiyanın sülhməramlı adı altında Azərbaycana çağrılması, rus qoşunlarının Azərbaycana gəlməsi ilə gələcəkdə Azərbaycan üçün daha böyük bəlaların təməli qoyulur. Çünki bir daha təkrar edirəm ki, Rusiya qoşunları heç bir zaman sülhyaradıcı missiya ilə çıxış etməyib. Biz ancaq ümid edə bilərik ki, dünyada gedən total geosiyasi mübarizə prossesləri Rusiyanın Azərbaycanda çox qalmasına imkan verməz.

Natiq Miri: “Rusiyanın əsas siyasi konsepsiyası bundan ibarətdir ki, onunla əməkdaşlıq edən ölkə mütləq mənada nüvəsi Rusiya olan mərkəzin ərtafında fırlanmalıdır”.

Bu gün regionda, ümumilikdə Azərbaycanda yeni əməkdaşlıq formatından, yəni Türkiyə-Azərbaycan-Rusiya-İran formatından danışılır. Ancaq Rusiya elə bir işğalçı ölkədir ki, o heç bir işğalçı ölkə ilə bərabərhüquqlu statusda əməkdaşlıq etmir. Rusiyanın əsas siyasi konsepsiyası bundan ibarətdir ki, onunla əməkdaşlıq edən ölkə mütləq mənada nüvəsi Rusiya olan mərkəzin ərtafında fırlanmalıdır. Buna görə də Rusiya ilə Azərbaycanın bərabərhüquqda əməkdaşlıq edəcəyini düşünənlər özlərini aldatmaqdan başqa ortalıqda heç nə görməyəcəklər.

Bir daha qeyd edirəm ki, Qarabağda bu cür idarəetmə strukturlarının yaradılması və polis nəzarətinin Rusiya tərəfindən həyata keçirilməsi Azərbaycana müsbət mənada heç nə vəd etmir. Hər şeydən əvvəl Rusiya bizim ermənilərlə təmas qurmağımıza imkan vermir. Bu da onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qətiyyən istəmir və düşmənçiliyin davam etməsində birbaşa maraqlı tərəfdir.

Bu həm də bilavasitə onu ortaya qoyur ki, deyilənlərin əksinə olaraq Azərbaycanın ərazi bütövlüyü və bütün ərazilərində suvereniteti bərpa olunmayıb. Bu da o anlama gəlir ki, işğaldan azad olunmayan Azərbaycan torpaqları yenə də ana Azərbaycanla bütün deyil və yenə də ana Azərbaycandan enerji axını davam edəcək. Bu da Azərbaycanın bütövləşməsinə ən böyük əngəl olan geosiyasi amildir və Azərbaycana qarşı bu planların başında da Rusiya dayanır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar