Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Poroşenkoya dəstək verəcək”

"Ukraynada sosial yaşam baxımından ağır bir vəziyyət hökm sürür"

Teleqraf.com-un suallarına siyasi analitik, professor Əli Abbasov cavab verib:

- Əli müəllim, Ukraynada prezident seçkilərinin birinci turunun nəticələri ortadadır, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək. Ümumi durumu necə dəyərləndirirsiz?

- Əslində Ukraynada seçkilərin birinci turunun nəticələri bəllidir və bu, gözlənilən idi. Bu nəticələr Ukraynada gedən proseslərin, ümumi vəziyyətin nəticəsi olaraq ortaya çıxıb. Amma ikinci tur seçkilərə bu formada baxmağı doğru hesab etmirəm. İkinci turda başqa proseslərin ola biləcəyini istisna etmirəm.

- Hansı prosesi nəzərdə tutursunuz?

- Artıq Poroşenko ilə Vladimir Zelenskinin seçkilərində fikrimcə, Rusiya tərəfi birinciyə üstünlük verəcək. Başqa sözlə, Rusiya Poroşenkonun prezident seçilməsində maraqlıdır. İkincisi, Amerika da seçkilərdə Poroşenkonun qalib gəlməsini arzu edir. Yəni istər-istəməz Poroşenkonu dəstəkləyirlər. Real durum, vəziyyət budur.

- Rusiya niyə Poroşenkonun prezident kimi qalmasında maraqlı ola bilər?

- Ona görə ki, Moskvada Poroşenkonu yaxından tanıyırlar. Ancaq Vladimir Zelenskini tanımır, proqnoz edə bilmirlər. Yəni tanıdıqları şəxsin seçkiləri udmasını istəyirlər. Siyasət belədir ki, orada dəyişiklikləri o qədər də qəbul etmirlər.

- Siz demək istəyirsiniz ki, Poroşenkonun apardığı siyasət Moskvanı qane edir?

- Yox, məsələ aparılan siyasətdə, mövqedə deyil. Rusiyada bilirlər ki, Poroşenko kimdir, nəçidir, hansı addımlar ata bilər. Yəni onu tanıyırlar, proqnoz edə bilirlər. Ancaq Zelenski ilə bağlı bunu demək mümkün deyil. Zelenskinin hansı addımlar ata biləcəyi Rusiya üçün aydın deyil.

- Bəs Amerika hansı səbəbdən Zelenski ilə müqayisədə Poroşenkoya üstünlük verir?

- Mənə elə gəlir ki, Amerika nəyi istəyirdisə, Poroşenko onu həyata keçirirdi. Çox güman ki, Vaşinqtonda bu xəttin davam etməsini istəyənlər daha çoxdur.

- Ukrayna xalqı nə istəyir?

- Ukrayna xalqının nə istədiyini seçkilərin ikinci turunda aparılacaq təbliğat-təşviqat prosesi müəyyən edəcək. Yəni namizədlər təbliğat nəticəsində xalqın, seçicinin meyllərini dəyişə bilər. Həm də prosesdə hansı daxili güclər iştirak edəcək, onlar daha çox kimin tərəfini tutacaq kimi məsələlər də çox əhəmiyyətlidir. Eyni zamanda Zelenskinin imkanlarının nədən ibarət olduğu hələlik bəlli deyil. Bu formada hansısa dəyişikliklərin olması mümkündür. Əgər Poroşenkoya böyük dəstək olmasa, mümkündür ki, Zelenski seçkilərdə qələbə əldə etsin.

- Siz daha çox seçki kampaniyası, seçicilərin fikirlərinin tərəflərdən birinin xeyrinə dəyişə biləcəyinin mümkünlüyünü qeyd etdiniz. Bəs sadə xalq nə istəyir, nələri arzulayır?

- Ukrayna xalqı mehriban, gülərüz bir toplumdur. Bu toplum hazırda daha çox dəyişiklikləri arzu edir. Bunun da səbəbləri var. Çünki son 4-5 ildə durum daha çox pisləşib. Xüsusilə, ölkədə devalvasiya prosesi gedib, həmçinin ərzaq məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə bahalaşıb, yaşayış getdikcə çətinləşir. Yəni, Ukraynada sosial yaşam baxımından ağır bir vəziyyət hökm sürür. Poroşenko hakimiyyətə gəldikdən sonra bu ümumi durumu dəyişə bilməyib. Əksinə, xalqın vəziyyəti bir qədər də ağırlaşıb. Bu da insanların dəyişiklik istəklərini gücləndirir. Əslində Ukrayna böyük dövlətdir və kifayət qədər resurslara malikdir. Hakimiyyət son illər bu resursları xalqın firavanlığına istiqamətləndirə bilməyib. Üstəlik cəmiyyətdə korrupsiya ilə bağlı ciddi narahatçılıqlar var. Bu həm də mövcud hakimiyyətdən narazılıq deməkdir.

- Necə hesab edirsiniz, Ukraynada prezident seçkilərinin birinci turu demokratik keçirildimi?

- Bəli, başqa postsovet ölkələri ilə müqayisədə Ukraynada əsl mənada çox demokratik və şəffaf prezident seçkiləri keçirilib. Avropa da əvvəlcədən elan etmişdi ki, biz istənilən halda nəticəni qəbul edəcəyik, ancaq istəyirik ki, demokratik seçkilər keçirilsin. Avropanın tələbi bu idi. Birinci turda azad seçkilər keçirildi və demək mümkünsə, Avropanın istəkləri özünü doğrultdu. Zənnimcə, indi Avropa ikinci turla bağlı siyasətini müəyyən etməli olacaq. Bu zaman Poroşenkonun prezident kimi qalıb-qalmaması da müəyyən olunacaq.

- Kimin prezident seçiləcəyinə dair qəti proqnozunuz varmı?

- Mənim qəti proqnozum yoxdur. Hesab edirəm ki, məsələni təbliğat prosesində namizədlərin özləri həll edəcək. Ələlxüsus Poroşenko ilə Zelenskinin debatının necə keçəcəyi xüsusi maraq kəsb edir. Bu debatda tərəflərin hansının güclü çıxacağı, xalqa hesablanan mesajlar verəcəyi maraqlıdır. Ola bilsin ki, seçkinin taleyinə bu debat ciddi sürətdə təsir edə bilər. Məncə, debatdan sonra konkret fikir demək daha asan olacaq. İndi onu deyə bilərik ki, Ukrayna seçicisi və vətəndaşı ümumi durumdan narazıdır.

- Seçkilərdən sonra yeni addımların atılması gözləntisi varmı?

- Hesab edirəm ki, seçkilərdən sonra Ukraynada dövlət idarəçiliyi formasına dəyişiklik edilə bilər. Digər postsovet ölkələrində olduğu kimi, Ukrayna da güclü prezident sistemindən parlamentli respublika sisteminə keçid edəcək. Kimin hakimiyyətdə qalmasından, kimin prezident seçilməsindən asılı olmayaraq, seçkilərdən sonra bu addıma gediləcək. Başqa sözlə, prezidentin səlahiyyətləri azaldılacaq, əvəzində parlamentin səlahiyyətləri müəyyən qədər gücləndiriləcək.

pia.az


Etiket: Rusiya Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar