Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Rusiya ordusuna aid məxfi radiostansiyanı ABŞ-a göndərən azərbaycanlı həbs edildi

Moskva polisi Rusiya ordusu üçün istehsal edilən radiostansiyanı ABŞ-a göndərən azərbaycanlını həbs edib

Həmin şəxs Kaluqa şəhərinin Moskovski küçəsində, yaşadığı ünvanda tutulub.

Bildirilir ki, naməlum şəxs 2019-cu il martın 29-da ABŞ-a taxta yeşikdə bağlama göndərib. Moskvanın Kazan vağzalında gömrük əməkdaşları bağlamadan şübhələniblər və onu açanda Rusiya ordusu üçün nəzərdə tutulan, aviayönləndiricilərin istifadəsində olan “Varevo-1” daşınan radiostansiyasını aşkar ediblər. Hərbi təyinatlı avadanlığın qanunsuz yolla xaricə göndərilməsi faktı ilə bağlı araşdırma başladılıb və nəhayət bu günlərdə bağlamanı göndərən şəxs tutulub.

“Varevo-1” aviayönləndiricilər üçün portativ radiostansiyadır və onunla birbaşa təyyarənin göyərtəsi ilə əlaqə yaratmaq mümkündür. Bu avadanlıq hava zərbələri zamanı yerdən pilotlara hədəfi düzgün nişan almaqda kömək etmək üçün nəzərdə tutulur.(virtualaz.org)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Radiostansiya


loading...

Ən çox oxunanalar