Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ordusu Donbasın 39 yaşayış məntəqəsini atəşə tutub, ölənlər var

Rusiya ordusu Donbasın 39 yaşayış məntəqəsini atəşə tutub.

"Report" UNİAN-a istinadən xəbər verir ki, Donetsk və Luqansk vilayətlərində 60-dan çox mülki obyekt dağıdılıb və zədələnib.

Nəticədə azı 14 dinc sakin həlak olub. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin 50 yaşayış binası, xəstəxana, dəmiryolu vağzalı, ticarət mərkəzi, polis idarəsi, prokurorluğun binası, elektrik yarımstansiyası atəş nəticəsində ziyan çəkib.

Qeyd edək ki, bu gün Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Donbasdakı əməliyyatların intensivliyini artırdığı barədə məlumat yayıb.

“Ukrayna müdafiə qüvvələri güclü müqavimət göstərə bilir. Bununla belə, Rusiya Silahlı Qüvvələri artilleriya bölmələri sayəsində müəyyən lokal uğur əldə edə bilib. Hazırda Rusiyanın əsas səyləri Severodonetsk xəttini ələ keçirməyə yönəlsə də, bu, sadəcə Donbası ələ keçirmək məqsədinin tərkib hissəsidir”, - məlumatda bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar