Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

Paşinyan Rusiya ilə münasibətləri gücləndirə bilmədi, daha sonra İran və Çin ilə olan əlaqələri də korladı.

PİA.az xəbər verir ki, bunun Ermənistanın sabiq baş naziri Qrant Baqratyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 25 il əvvəl bir-birini tamamlayan siyasətlər yürütmək mümkün idi, lakin indi RusiyaABŞ-ın yolları ayrılıb və həmin vaxt dünya güclərinin dövrü idisə, indi regional güclərin dövrüdür. Əlavə olaraq, Qərb bu bölgəni çoxdan Türkiyəyə “həvalə edib”.

Baqratyan qeyd edib ki, ABŞAvropa İttifaqı bu bölgəni Türkiyənin “mərhəmətinə” tapşırarsa, Ermənistan üçün seçim Rusiya ilə Türkiyə arasında olacaq.

Onun sözlərinə görə, İrəvan Tehran və Tiflislə münasibətləri inkişaf etdirə bilmədi, üstəlik uyğurlarla problemi və anti-türk siyasi mövqeyini açıq şəkildə bəyan etdi və bununla Çin ilə münasibətlər ciddi şəkildə pozuldu. O, Ermənistanın ABŞ-ın yaratdığı və Çindəki uyğurlara fəal dəstək verən Beynəlxalq Dini İnanc Azadlığı İttifaqına qatıldığını xatırladıb.

Qərb ölkələrinə gəldikdə, Ermənistanın keçmiş baş nazirinin dediyinə görə, əlbəttə ki, Trüdo (Kanadanın baş naziri – red.) ilə şəkil çəkdirmək və ya Merkellə (Almaniya kansleri – red.) selfi çəkmək xoşdur, amma onların heç biri nə sursat, nə də avadanlıqla Ermənistana kömək etmək fikrində deyildi.

Baqratyan yaxın gələcəkdə Rusiyanın Ermənistan ordusunu gücləndirməyə çalışacağını, ancaq burada yalnız silahlı qüvvələri deyil, ölkəni də gücləndirə biləcək bir liderə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, 9-dan 10-na keçən gecə üçtərəfli atəşkəs elan edilməsinin nəticələrindən sonra Rusiyanın sülhməramlı kontingenti artıq Dağlıq Qarabağda yerləşdirilib. (Publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar