Bazar ertəsi, 16 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya niyə tələsir? – Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Rusiya diplomatiyasını n 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermə nistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılma lı və fəaliyyətə başlamalıdır və prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq.

Kreml və İrəvanın delimitasiya və demarkasiya prosesini həll etməkdə bu qədər tələsməsi təsadüfi deyil. Hər iki ifadədə müəyyən tələskənlik və prosesi "oldu-bitdi” şəklində həll etmək məqsədi hiss olunur. Digər tərəfdən Ermənistan ilə Azərbaycan arasında heç yekun sülh müqaviləsi belə imzalanmayıb. Bu ona görə vacibdir ki, yekun sülh müqaviləsində əks olunacaq bəndlərdən biri də rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Sual yaranır Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə sərhədlərin delimitasiya və demarkasiyası necə baş tuta bilər?

Prinsip etibarilə Unanyan Ermənistan "Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə "şərt” irəli sürmədən başlamağa hazırdır” deyərkən rəsmi Bakının qarşılıqlı ərazi bütövlüyü tanıma şərtini nəzərdə tutur. Başqa cür desək, Unanyan deyir ki, gəlin, sərhədlərin demarkasiya və delimitasiya işlərini başa vuraq, ərazi bütövlüyünü sonra...

Erməni tərəfi anlayır ki, sərhədlərinin delimitasiya və demarkasiyası üzrə yekun sənəd imzalansa da, bu texniki bir sənəd olacaq. Lakin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi siyasi sənəd olacaq. Buna görə də rəsmi İrəvan delimitasiya və demarkasiya prosesini yekun sülh müqaviləsindən öncə ilkin şərt olmadan həll etmək istəyir.

O ki qaldı, Kremlin prosesdə tələsməsinə, bu, rəsmi Moskvanın regiona əlavə qüvvə gətirmək istəyi ilə əlaqədardır. Misal üçün, Lavrov qeyd edir ki, Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq. Lakin söhbətin hansı konstruktiv addımdan getdini demir. Çox güman ki, Kreml Ermənistan - Azərbaycan sərhədinə hərbi qüvvələr yerləşdirərək həm sərhədlərin delimitasiya və demarkasiya prosesini həll edə, həm də bu yolla gələcəkdə ehtimal olunan gərginliyin qarşısını almaq bəhanəsi ilə regionda qala bilər. Bu prosesin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müaviləsindən öncə baş verməsi isə ona görə vacibdir ki, Kreml həm Qarabağda sülhməramlıları nı saxlamaq həm də Ermənistan-Azər baycan sərhədin də öz sərhədçilərini yerləşdirmək istəyir.

Tərəflərdən biri gələcəkdə Rusiya hərbiçilərinin sərhəddən çəkilməsini istədikdə isə Kreml ya Ermənistan Azərbaycan sərhəddində gərginliyi artıracaq, ya da Qarabağda!

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“Tik-Tok”da göbəy rəqsilə “trend” olan məmur: Direktor və oğlunun “Azəravtoyol” məcaraları - Video

Kreml Qərblə məxfi danışıqlara başlayıb: Bayden isə Putini yalnız kapitulyasiya aktı üçün gözləyir

Azərbaycan "Avroviziya"nın münsiflər heyətindən çıxarıldı

Paytaxtda gözlənilən böyük söküntü: Hansı binalar “plana düşəcək”?

Mübahisə qətllə nəticələndi - Şamaxıdakı hadisənin təfərrüatı - Video

Filminə qadağa qoyuldu, ağır xəstəliyə tutuldu, ölüm ayağında heç kimi görmək istəmədi

Putinin Gürcüstana “təşəkkürü” – Yaxud Azərbaycandakı “rusbaşlar”a Osetiya “şapalağı”

Azərbaycan və daha beş ölkənin “Avroviziya”dakı səsverməsi ləğv edilib

“Qarabağdakı zəfər “Bayraktar”ın tanklara qarşı effektivliyini göstərir” – Ruzveltin nəticəsi

ABŞ-da benzinin qiymətləri tarixi maksimumu yeniləyib

Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri gözlənilir

Ən çox oxunanalar