Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya niyə neytral dayanıb?

“Hərbi əməliyyat tamamilə legitimdir, Qərbdə bunu anlayırlar”...

"Bu günə olan beynəlxalq reaksiyaları qənaətbəxş saymaq olar. Təbii ki, hamımıza məlum olan səbəblərdən ilk növbədə Rusiyanın reaksiyası önəmli idi. Moskva hələ ki, təmkinli davranır. Onun Ermənistana və ya oradakı hərbi bazasına hərbi texnika göndərməsi rutin prosesdir, bu, o qədər də önəmli deyil".

Bu fikirləri siyasi təhlilçi Şahin Cəfərli Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi ilə bağlı başladığı hərbi əməliyyatlara beynəlxalq reaksiyaları qiymətləndirərkən deyib.

Ekspert Rusiyanın mövqeyi ilə əlaqədar bəzi ehtimallar irəli sürüb: "Ola bilər ki, AzərbaycanRusiya arasında (yaxud Azərbaycan-Türkiyə-Rusiya üçbucağında -red) hansısa anlaşma, ya da ən azından bu mərhələ üçün qarşılıqlı anlayış əldə edilib. Bu səbəblə, Rusiya Azərbaycana fürsət pəncərəsi açıb və onun hərbi aktivliyinə müəyyən müddət göz yumacaq.

Ş.Cəfərlinin sözlərinə görə, bu ehtimal doğrudursa, onda Rusiyanın Azərbaycandan nə alacağı da önəmlidir: "Ümid edirəm, Avrasiya İttifaqına üzvlük, Rusiya sülhməramlılarının münaqişə tam həll olunmadan bölgədə yerləşdirilməsi kimi qərarlar olmayacaq. Rusiya sülhməramlı kontingentinin yalnız beynəlxalq missiyanın tərkibində, neytral Avropa ölkəsi zabitinin komandanlığı altında ölkəmizə gəlişinə razılıq vermək olar. Amma bundan öncə Azərbaycanın bütün işğal edilmiş ərazilər, o cümlədən Dağlıq Qarabağ üzərində suverenliyini təmin edəcək sülh müqaviləsi imzalanmalıdır".

Təhliçi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni səviyyəyə yüksəlməsinin, ölkəmizdə Türkiyənin hərbi mövcudiyyətinin Rusiyaya çəkindirici təsir göstərərək onun öz siyasətinə korrektələr etməsinə səbəb olmasını da mümkün sayır: "Moskva burada Türkiyənin daimi hərbi mövcudiyyətində maraqlı deyil və ola bilsin, yuxarıda bəhs etdiyim razılaşmanın mahiyyəti budur ki, Rusiya Azərbaycanın hərbi əməliyyatlarına müəyyən zaman aralığında göz yumur, vaxt bitdikdən sonra isə türkiyəlilər buradan çıxır".

"Bu da istisna edilmir ki, ortada hər hansı anlaşma-filan yoxdur və Kreml erməni xalqını inqilab törətdiyinə peşman etmək, Rusiyaya qarşı nankorluğuna görə onu cəzalandırmaq üçün Azərbaycan və Türkiyənin aktivliyinə bir müddət dözümlü yanaşacaq. Ermənilər öz səhvlərini anladıqdan və onu Azərbaycan və Türkiyənin əlindən yalnız Rusiyanın qurtara biləcəyini başa düşdükdən, bir növ, Moskvanın ayağına qapandıqdan sonra Kreml siyasi səviyyədə lazımi müdaxilələri edib, Azərbaycanı dayandıracaq", - o vurğulayıb.

Siyasi təhlilçi Qərbdən və dünyadan gələn reaksiyaları isə normal sayır: “Hazırkı situasiyada onların tərəfləri atəşkəsə çağırması adekvat reaksiyadır. Azərbaycan ordusu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyat aparır və bu, tamamilə legitimdir. Qərbdə bunu anlayırlar. Vasitəçilər ABŞ və Fransa münaqişənin həllinin məhz Ermənistanın güzəştsiz mövqeyi səbəbindən bu qədər uzandığını çox yaxşı bilirlər. Yadınızdadırsa, ABŞ-ın Ermənistandakı bundan əvvəlki səfiri heyrətlə söyləmişdi ki, ermənilər nəinki Dağlıq Qarbağ məsələsində, hətta ətraf rayonlarla bağlı da kompromisə hazır deyillər. Bu üzdən, əgər Azərbaycanın hərbi təzyiqi nəticəsində erməni tərəfi yola gələcəksə, bu, Qərbin maraqlarına zidd olmayacaq".

Ş.Cəfərli Azərbaycan rəhbərliyinin apardığı uğurlu diplomatiyanı da qeyd edib. "Sərt gücün işə düşməsinə məhz bu diplomatiya yol açıb", - deyə o vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

Qarabağ savaşıyla dəyişən rus mövqeyi:Türkiyənin balanslı siyasəti Rusiyanı dağılmaqdan xilas edəcək

Laçın dəhlizi niyə önəmlidir? – Qarabağın taleyini müəyyənləşdirən nəfəslik

Müqavimət qırıldı - Azərbaycan Ordusu irəliləyir

İqor Korotçenko: “İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan”

Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəliləyib

Ceyhun Bayramov Vaşinqtonda azərbaycanlıların hansı xahişinə əməl etmədi? - Video

Azərbaycanın da sahib olduğu “S-300”-lərin göstəriciləri - Fotolar

Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi - Foto

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir - Video

loading...

Ən çox oxunanalar