Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya niyə narahatdır?

????Ermənistan tərəfi sərhədə Rusiya qoşunlarının gəlməsini bildirib. Rusiyanın da ürəyincədir Ermənistan tərəfinin bu davranışları. Rusiya bu məsələni yumşaq siyasətlə həyata keçirmək niyyətindədir. Yəni hər iki tərəfin razılığı əsasında. Ermənistan tərəfinin belə məlumat yaymasından sonra Rusiya xarici işlər naziri Lavrovla Azərbaycan xarici işlər naziri Bayramov arasında telefon danışığı olub. Görünən odur ki, danışıqlar müəyyən qədər axarında olmayıb. Nazirlərin danışığından sonra isə Azərbaycan prezidenti İlham ƏliyevRusiya prezidenti Putin arasında da telefon danışığı baş tutub.

⚠️Rusiya bölgədən təcrid olunması ilə üzləşməkdən nigarandır. Türkiyə prezidenti R.T.Ərdoğanın Qarabağa gəlməsi, iki tərəfli hərbi müqavilə bağlaması, həmçinin qərbin və Amerikanın da bölgədə yer almaq niyyəti Rusiyada narahatlıq hissi yaradıb. Qərb yönümlü Paşinyanın qalib gəlməsi və xalqın qərbə meyl etməsi də Rusiyadakı bu narahatlığı daha da artırır. Ona görə əl-ayağa düşüb. Hər iki tərəf arasındakı gərginliyin nizamlanmasını istəmir. Bəhanə kimi də Rusiya qüvvələri bölgədən çıxarsa, sabitlik pozulacaq, konflikt yenidən alovlanacaq deyə düşünüb, diktə edir.
Əlbəttə ki, bu Rusiyanın əlində saxladığı bir kartdır. Və vaxtı-vaxtında istifadə etməyə səy göstərir.

✅Çox güman, telefon danışıqlarında sərhəd məsələsi, dəhliz məsələsi yer alıb. Dəhlizin açılmasında Rusiya da maraqlıdır. Hesab edir ki, bu dəhlizin təhlükəsizliyini özü təmin etməlidir.

Rusiya tərəfinə çox güzəştlər getmək gələcəkdə başağrısı ola bilər. Elə siyasət yeritmək lazımdır ki, sülhməramlılara #ehtiyac qalmasın və Rusiya da bunu anlasın. Ehtimal edirəm ki, növbəti dəfə seçkilərdə qalib gələn Paşinyan Azərbaycan tərəfi ilə uzlaşmağa doğru addımlar atacaq..

????Ərdoğanın Putininlə görüşü olacaq. Bu görüşdə Qarabağ məsələsi də yer alacaq. Danışıqlarda iki tərəfdən başqa tərəflərin bölgədə yer almasına ehtiyac olmadığı da bildiriləcək.
Diqqət etsək, görərik ki, ikili münasibətlər gedir. Azərbaycan tərəfi Türkiyəni Qarabağda görmək istəyir, Ermənistan tərəfi də Rusiyanı yaxın bilir. Ermənistan tərəfi əzəldən Rusiyanın himayəsində idi və elə onu müdafiə edən də Rusiyadır. Belə addımlar atması doğrudur.

????Ermənistanda seçkilərdən sonra Moskvada üç tərəfli bir görüşün ola biləcəyini də ehtimal edirəm. Rusiya çalışacaq ki, tərəflərin razılığı ilə bölgədə "sülhə nəzarət edici funksiyasını" həyata keçirsin. Azərbaycan öz sərhədlərini öz hesabına qorumaq imkanına malikdir. Düşünmürəm ki, əleyhimizə olası bir işə prezident İlham Əliyev razılıq verə. #Meydanlarda qalib gəldik, #diplomatiyada da qalib olmaq lazımdır və olacağıq da!

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar