Çərşənbə axşamı, 12 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rusiya nəşrinin Atatürklə bağlı yazısı etiraza səbəb olub

Rusiyanın məşhur nəşrlərindən olan “Lenta.ru” Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı məqalə dərc edib

Məqalədə Atatürkün şəxsi həyatı ilə bağlı qabardılan məqamlar istər Rusiyada yaşayan türklər, istərsə də sosial şəbəkələrin türkiyəli istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Belə ki, yazıda Cümhuriyyət banisinin böyük xidmətləri, siyasi fəaliyyəti və Türkiyəni güclü dövlətə çevirməsi kimi məsələlərə səthi yanaşıldığı halda, özəl həyatına aid və əsas etibarilə şayiələrə əsaslanan məlumatlara daha çox yer verilib.

“Sultan olmaq üçün doğulmuş” başlıqlı yazıda əsas etibarilə Mustafa Kamalın qadınlara, içkiyə, dəbli geyimə və ümumilikdə dəbdəbəli həyata meylli olduğu göstərilir. Konstantin Dvoretski adlı müəllifin qələmə aldığı məqalədə Cümhuriyyətin banisinin hələ gənc yaşlarından, dünyaya gəldiyi və hazırkı Yunanıstan ərazisində yerləşən Soloniki şəhərinin Avropa məhəllələrinə tez-tez baş çəkdiyi bildirilir: “Gələcək lider məmnuniyyətlə Solonikinin Avropa kvartalına tez-tez baş çəkirdi. O yerə ki, qadınlar çadra örtmürdülər, mahnı oxuyur, rəqs edir və kişilərlə bərabər içki içirdilər. Artıq həmin vaxt o, alkoqollu içkiləri və ziyafətləri sevmişdi…”

Daha sonra Atatürkün Lətifə adlı xanımla ailə qurmasından, lakin qısa müddət sonra – 1925-ci ildə boşanmasından bəhs edilən məqalədə göstərilir ki, gənc ailənin dağılmasına Mustafa Kamalın bir zamanlar sevgilisi olmuş bir xanımın intihar etməsi səbəb olub:“Almaniyada yaşayan və Atatürkün evlənməsindən xəbər tutaraq Ankaraya gələn keçmiş sevgililərindən biri onunla görüşmək istəyir. Lakin onu prezident sarayına buraxmırlar. Otelə qayıdan qız Almaniyadan gətirdiyi tapanca ilə həyatına son qoyur… Hesab olunur ki, bu hadisədə özünü günahkar bilməsi Atatürkün ailə həyatını “zəhərləyib”. Həmçinin ailənin dağılması səbəbləri arasında Lətifənin özünü əri ilə eyni səviyyədə tutmağa çalışması, həmçinin ərinin “sevgi sərgüzəştləri ilə” barışmaması göstərilir.”

Daha sonra 1927-ci ildə Atatürkün dəbdəbəli Dolmabaxça sarayına köçməsindən bəhs edilən məqalədə onun həmişəki kimi kübar həyata sadiq qalması, hər zaman ən son dəblə geyinməsi, özünə o zamanlar üçün dünyanın ən bahalı yaxtasını inşa etdirməsi və s. bu qəbildən olan məlumatlar yer alır. “Türkiyə Cümhuriyyətinin lideri sarayda 11 il yaşadı. 1938-ci ilin mayında ona qaraciyər serrozu diaqnozu qoyuldu. 1938-ci il 10 noyabrda 57 yaşlı hökmdar Dolmabaxçadakı yatağında vəfat etdi. Keçmiş həyat yoldaşı isə ondan sonra 38 il ömür sürdü.”(AzPolitika.info)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Atatürk

loading...

Ən çox oxunanalar