Cümə axşamı, 26 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya Müdafiə Nazirliyinin xüsusi təyyarəsinin müəmmalı reysi

ABŞ-ın və NATO-nun Şərqi Avropa və keçmiş sovet məkanında hərbi iştirakını artırmasına cavab olaraq Rusiyanın Venesuela və Kubada hərbi kontingent, hətta nüvə raketləri yerləşdirə biləcəyi barədə Moskvadan səslənən bəyanatların ardınca bu ölkənin Müdafiə Nazirliyinin xüsusi təyyyarəsi Latın Amerikası istiqamətində uçub. virtualaz.org xəbər verir ki, “Zapiski oxotnika” adlı telegram-kanalında bu haqda bildirilir.

Məlumata görə bu gün yanvarın 20-də səhər saatlarında Müdafiə Nazirliyinin İl-76M xüsusi təyyarəsi Moskvadan havaya qalxaraq əvvəlcə Dəməşq aeroportunda enib, daha sonra Latın Amerikası istiqamətində uçub. 

Təyyarənin göyərtəsində kimlərin olduğu məlum deyil, amma bu fakt Rusiya ilə Latın Amerikasının bəzi ölkələri arasında hərbi kontingentin yerləşdirilməsinə dair danışıqların getdiyinə dəlalət edə bilər. Bildirilir ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyyarəsi Latın Amerikasına uçmuşdu. Həmin təyyarədə Müdafiə Nazirliyinin rəsmilərinin səfərinə hazırlıq üçün nümayəndələrin göndərildiyi ehtimal edilir.

Ötən əsrin 60-cı illərində SSRİ-nin ABŞ-ın Türkiyədə nüvə başlıqları yerləşdirməsinə cavab olaraq gizlicə Kubaya öz nüvə raketlərini daşıması tarixdə “Karib böhranı” kimi qalan və dünyanı nüvə müharibəsinin bir addımlığına gətirib çıxaran hərbi-diplomatik böhrana səbəb olmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - Fotosənəd

Azərbaycan sosial dövlət anlayışından çıxır? - Zahid Orucdan şərh

“Moskva da, Brüsel də istəyir ki, münaqişə oçağı qalsın” 

Ankarada İsveç və Finlandiya heyətləri arasında razılıq əldə olunmayıb - Yenilənib

"Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… 

Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər həyata keçirilməlidir - Toivo Klaar

Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb: Vidadi Kərimov kimdir?

Ukrayna Baş Qərargahı sutkalıq əməliyyat məlumatını yayıb

NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb

Ən çox oxunanalar