Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya MN-nin Dağlıq Qarabağla bağlı yeni xəritəsi nədən xəbər verir?

Sülhməramlılar bundan sonra beynəlxalq qanunlara uyğun fəaliyyə göstərəcəklə?..

Hərbi ekspert: “Rusiya sülhməramlılarının yayımladığı xəritədə Dağlıq Qarabağ sərhədlərinin silinməsi təqdirəlayiq addımdır”.

“O adların hansı adla qeyd olunmasına baxmayaraq, onlar Azərbaycan əraziləridir. Həmin ərazilər nəzarətimizə keçəndən saatlar sonra ərazilərin əsl adlarını əks etdirən lövhələr orada dərhal ucaldılacaq”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiya MN-nin sülhməramlıların nəzarətində olan ərazilərlə bağlı yaydığı fərqli bir xəritəni PİA.az-a şərh edərkən qeyd edib.

Uzun zamandan sonra Rusiya MN sülhməramlıların nəzarətində olan ərazilərlə bağlı fərqli bir xəritə yayımlanıb. Yeni xəritədə “Dağlıq Qarabağ” sərhədləri silinib və Azərbaycan ərazisinə daxil edilib. Ancaq bəzi yerlərin adları olduğu kimi saxlanılıb, yəni Azərbaycan adları ilə verilməyib.

Rusiyanın indi xəritəni bu şəkildə yaymaqda məqsədi nədir və sülhməramlılara yeni komandanın təyinatı ilə bağlı əlaqəli ola bilərmi? Ümumiyyətlə sülhməramlılar bundan sonra beynəlxalq qanunlara uyğun fəaliyyət göstərəcəklər?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Rus sülhməramlıları Suqovuşan istiqamətində 10-a yaxın erməni mövqeyini partladaraq oradan erməni silahlılarını geriyə çəkiblər”.

Rusiya Müdafiə Nazirliyi zaman-zaman xəritələrin dərc olunmasında müəyən yanlışlığa yol versə də, Azərbaycan tərəfinin etirazından sonra yanlışlığı aradan qaldırdıqlarını xatırladan ekspert PİA.az-a bildirib ki, indiki vəziyyətdə Rusiya sülhməramlılarına Qarabağ ərazisində vəziyyəti gərginləşləşdirmək sərf etmir:

Rusiya sülhməramlılarının yayımladığı xəritədə Dağlıq Qarabağ sərhədlərinin silinməsi təqdirəlayiq addımdır. Çünki bu ərazilər heç bir zaman rəsmi olaraq başqa bir ölkənin ərazisinə daxil olmayıb. Lakin burada rayon və yaşayış məntəqələrinin adlarının 90-cı illərdə olduğu kimi verilməsi birgə bəyanatın imzalanması zamanı tərəflərin məhz SSRİ-nin dağıldığı dövrdəki toponimlərlə eyni olacağının razılaşdırılması ilə əlaqədadır.

Başqa sözlə desək Azərbaycan-RusiyaErmənistan münaqişənin başladığı günə görə rayonların sərhədlərini və adlarını həmin münaqişənin başladığı gündə olduğu kimi tanıyıblar. Buna görə də bu proseslərin indiki zamanda dəyişəcəyini gözləmək doğru olmazdı.

Ədalət Verdiyev: “Görünür, Rusiyada başa düşür ki, bir tərəfli mövqe sərgiləməklə və beynəlxalq qanunları kobud şəkildə pozmaqla uzun müddət Qarabağda qala bilməzlər”.

O adların hansı adla qeyd olunmasına baxmayaraq onlar Azərbaycan əraziləridir. Həmin ərazilər nəzarətimizə keçəndən saatlar sonra ərazilərin əsl adlarını əks etdirən lövhələr orada dərhal ucaldılacaq.

Rusiya Müdafiə Nazirliyi zaman-zaman xəritələrin dərc olunmasında müəyən yanlışlığa yol versə də, Azərbaycan tərəfinin etirazından sonra yanlışlığı aradan qaldırıblar. İndiki vəziyyətdə Rusiya sülhməramlılarına Qarabağ ərazisində vəziyyəti gərginləşləşdirmək sərf etmir. Mən yaxın günlərdə Suqovuşandan qayıtmışam. Rus sülhməramlıları Suqovuşan istiqamətində 10-a yaxın erməni mövqeyini partladaraq oradan erməni silahlılarını geriyə çəkiblər. Bütün bunlar alqışlanmalıdır. Görünür, Rusiyada başa düşür ki, bir tərəfli mövqe sərgiləməklə və beynəlxalq qanunları kobud şəkildə pozmaqla uzun müddət Qarabağda qala bilməzlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar