Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Makronun seçkisinə necə müdaxilə edib? - Sübutlar

Son bir neçə ayda “Macron Leaks” pazlının fraqmentləri toplanmağa başlayıb...

2017-ci ildə Emmanuel Makronun seçki kampaniyasını hədəfə alan kiberhücum nəticəsində bir çox elektron məktubun məzmunu prezident seçkilərinin ikinci turu ərəfəsində ictimailəşdirilib.

Bu hadisədən 2 ildən çox vaxt keçib. Yeni dəlillər ortaya çıxmağa başlayıb. “Le Monde” nəşrinin yayımladığı texniki məlumatlar Rusiyanın iki haker qrupu tərəfindən koordinasiya edilmiş müdaxilə kampaniyasını təsdiq edir. Bu zaman namizədin ətrafı “müdaxilə formasını” qınayıb.

Məqalə müəllifi Martin Unterzinger qeyd edir ki, noyabrın sonunda qabaqcıl haker qruplarını izləməklə məşğul olan “Google” şirkətinin iki tədqiqatçısı xüsusi konfrans çərçivəsində apardıqları araşdırmanın nəticələrini təqdim ediblər. “Le Monde” təqdimatda istifadə edilən slaydlarla tanış olmaq imkanı əldə edib. Həmin sənədlərdə “MacronLeaks” və onun icraçıları haqqında daha əvvəl işıq üzü görməyən informasiya yer alıb.

Amerikanın şəbəkə təhlükəsizliyi üzrə ixtisaslaşmış “FireEye” şirkəti də bu hücumun detallarının üstünü açıb. Geniş ictimaiyyətə tanış olmayan bu şirkət qabaqcıl hakerləri izləməklə məşğuldur. Müəssisə son bir neçə ildə Rusiya dövlətinin kiberməkanda hərbi nizamının necə qurulduğunu təhlil edib.

Həmin mənbələrə əsasən, Fransada prezident seçkilərinə hücum edən hakerlər həvəskar deyillər. Respublikanın gələcək prezidentinin yaxın çevrəsinin elektron poçt ünvanlarına ardıcıl hücumlar həyata keçirilib. Hakerlərin Rusiyanın hərbi kəşfiyyat xidməti hesab edilən QRU ilə əlaqələri olduğu bildirilir.

Əməliyyat 2017-ci lin mart ayında, seçkilərin birinci mərhələsinə bir neçə həftə qalmış işə salınıb. Bu sahənin ekspertlərinə yaxşı tanış olan “APT28” kod adlı birinci haker qrupu hədəfə alınan obyektləri tələyə salmaq üçün elektron məktublar göndərməyə başlayıb. Məqsəd istifadəçilərin məlumatlarını və parollarını ələ keçirmək olub.

Hazırda məlumdur ki, “APT28” qrupu QRU-nun 26165 saylı bölməsi ilə birləşib. Sonuncunun bir neçə üzvü Amerikanın məhkəmə sisteminə, habelə seçki kampaniyasında Hillari Klintonun yazışmalarına hücum etməkdə ittiham edilib. Ardınca həmin elektron məktublar “WikiLeaks” vasitəsilə geniş ictimaiyyətə təqdim edilib. Bu prosedur Fransada prezident seçkilərinin ikinci mərhələsi ərəfəsində baş verən hadisəyə çox oxşayır. (Xarici pressa)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar