Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-İsrail şahmatı – Netanyahu Putindən istədiyini ala biləcək?

Netanyahunun son tələbləri Rusiyanı Qərbi Asiyadakı kövrək bir dövlətə çevirir...

Soner Polad
“Aydınlık” qəzeti, Türkiyə, 8 aprel 2019-cu il

Rusiya 2015-ci ilin sentyabr ayında hərbi texnikası və canlı qüvvəsi ilə Suriyaya girdi. Dəvət prezident Əsəddən gəlmişdi. Rusiyanın gəlişi Suriyadakı mənzərənin sürətlə dəyişməsinə səbəb oldu və çox keçmədən Rusiya Suriyada sabitləşdirici amillərdən birinə çevrildi. Putin Suriyanın birlik və bütövlüyünün təmin edilməsi üçün mübarizə aparırdı. Təbii ki, Rusiyanın rolu regiondakı strateji və iqtisadi maraqların da yenidən nəzərdən keçirlməsinə yol açdı.

Suriyadakı yanğına benzin tökənlər

İsrail ABŞ ilə birlikdə Suriyadakı qeyri-sabitliyə səbəb oldu və yanan atəşə davamlı olaraq odun atdı. Təl-Əvivin terror təşkilatlarına, xüsusilə də İŞİD və Əl-Nusra cəbhəsinə dəstək verməsi BMT-nin hesabatlarına da daxil edilib. Qeyd edək ki, terror təşkilatları heç vaxt İsraili hədəfə almadılar və İŞİD İsrailə qarşı heç vaxt təhdid püskürmədi.

İsrail tez-tez Suriyadakı hədəflərə havadan və yerdən raket hücumları təşkil etdi. Bu müddət ərzində İsrail iki böyük planını da həyata keçirdi. İlk olaraq, prezident Tramp ABŞ səfirliyini Qüdsə köçürəcəyini açıqladı. Daha sonra isə İsrailin işğal etdiyi Qolan təpələrini ABŞ-ın İsrail torpaqları olaraq tanıdığını elan etdi.

İsrail ənənəvi təcavüzkar siyasətini davam etdirir. Digər tərəfdən isə bu iki əhəmiyyətli hadisəni beynəlxalq ictimaiyyətə qəbul etdirməyə cəhd edir. Baş nazir Netanyahunun 4 Aprel 2019-cu ildə Moskvaya səfəri bu kontekstdən nəzərə alınmalıdır.

İsrailin Rusiya planı

Məlumdur ki, Rusiya Yaxın Şərq problemini həll etmək üçün bəzi planlar hazırlayır və balansı qorumaq üçün İsrailin maraqlarını öz planlarına daxil etməyə cəhd edir. Bu gedişatın fərqində olan Netahyahu İsrailin son böyük qazanclarını birbaşa və ya dolayı olaraq bu planlara daxil etmək istəyir.

İsrailin üç hədəfi var. Bu hədəflər Rusiyanın Qolan təpələri məsələsində səssiz qalmasını təmin etmək, eyni zamanda İranİran silahlı qruplarını Qolan bölgəsindən uzaqlaşdırmaq, digər tərəfdən isə Suriyada təsbit etdiyi hədəfləri vurmaq və Suriyanın daxilində özünə sərf edən rejim yaratmaq istəyindən ibarətdir. Netanyahu çox yaxşı bilir ki, bu hədəflərin qarşısını kəsən yeganə yol Rusiyanın bilavasitə öz imkanları ilə İsrailə qarşı havadan müdafiəetmə əməliyyatları həyata keçirməsi və lazım olarsa, ordusundan istifadə etməsidir. Bu baxımdan Netanyahunun əsas məqsədi də Rusiyanı belə bir hərəkətdən uzaq tutmaqdır. Netanyahu üç əsas hədəfində irəliləyişin olması üçün tez-tez Putinlə görüşür.

ABŞ-İsrail planını poza biləcək ən qısa yol

Əslində ABŞ-İsrail planlarını pozacaq ən qısa yol Türkiyə, Rusiya, İranSuriyanın tam bir razılaşma içində, hərbi əməliyyatlarla problemin üstünə getməsidir. Lakin bəzi struktur problemlərindən dolayı indiyə qədər bu yola girilmədi.

Amma prosesin bu cür inkişafı ABŞ və İsrail üçün tam bir kabus ssenarisi ola bilərdi. Çünki ABŞ və İsrail bu vəziyyətin Türkiyənin bölgədəki təsirini və İranın nüfuzunu artıracağını bilir.

Bəzi məlumatlara görə, Netanyahu bu vəziyyətin qarşısını almaq üçün Moskva, Vaşinqton, İsrail və Türkiyənin daxil olduğu dördlü bir mexanizm ilə Suriya məsələsəsinin həll yolunun mövcudluğunu təklif edib.

İsrailin kökləri

Rusiya ilə İran arasındakı kiçik problemləri gündəmə gətirən Netanyahunun məqsədi Rusiyaİrandan uzaqlaşdırmaqdır. Lakin Türkiyənin Rusiyaya İrandan daha yaxın olması üzərində müzakirələr aparılır. Bu kontekstdə “Türk Axını” və “S-400” layihələri bir nümunə kimi göstərilir. Həmçinin ABŞ və İsrail tərəfindən Rusiyanın bölgədəki bəzi strateji və iqtisadi mənfəətlərinin qəbul ediləcəyi vurğulanır. Beynəlxalq maliyyə qurumlarının Rusiyanı dəstəkləməsi üçün təşviq ediləcəyi də qeyd edilir.

Eyni zamanda İsrailin ən son kozur kartının Ukraynanın yeni prezidenti ola biləcəyi gözlənilən yəhudi əsilli komediya ustası Vladimir Zelenskinin olduğu vurğulanır. Bu seçim nəticəsində İsrailin Ukrayna ilə olan xüsusi münasibətlərinin daha da yaxşılaşacağı ehtimal olunur.

Ukraynada prezident seçkilərinin ikinci turu 21 aprel 2019-cu ildə keçiriləcək. Böyük bir sürpriz yaşanmadığı təqdirdə Zelenskinin çox rahatlıqda prezident seçiləcəyi gözlənilir.

Nəticə və dəyərləndirmə

Rusiya ilə İsrail arasındakı münasibətin enişli-çıxışlı olacağı görünür. İsrail əlində olan hər cür kozurlardan istifadə edərək Rusiyanı İsrailin maraqlarına uyğun bir hala gətirmək istəyir.

İsrail indiyə qədərki Suriyadakı hərbi əməliyyatları ilə Rusiya üçün imtiyazlı bir ölkə olduğunu göstərdi. Ancaq Netanyahunun son tələbləri Rusiyanı Qərbi Asiyadakı kövrək bir dövlətə çevirir. Qüds və Qolan təpələri məsələsində ən kiçik tərəddüd belə bölgədə böyük bir reaksiyaya səbəb ola bilər. Qolan təpələrinin haqsız yerə işğal edilməsi ilə bağlı ittiham edilən bir ölkəyə BMT tərəfindən balanslı siyasətin tətbiq edilməsi bir gün mütləq sorğulanacaq. Çünki böyük bir dövlət olan Rusiya və peşəkar geosiyasi aktyor Putinin Netanyahunun bu ucuz oyunlarına təslim olacağı ehtimal olunmur.

Netanyahu axtardığını tapa bilməyəcək. Həll yolu ABŞ və İsrailin təsbit etdiyi kimi Türkiyə, İran, RusiyaSuriyanın kilidlənməsidir.

Tərcümə: Pia.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar