Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-İsrail gərginliyi artır: Şoyqu Libermana zəng etdi

“Rusiya İsrailə qarşı cavab addımları hüququnu özündə saxlayır”

“Ria Novosti” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsrailin müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya adekvat fəaliyyət hüququnu özündə saxlayır. Qeyd edib ki, İsrail qırıcıları Rusiyanın “İl-20” təyyarəsinin arxasında gizlənərək onu Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsi qarşısında qoyublar.

General əlavə edib ki, İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində Rusiyanın 15 hərbi qulluqçusu həlak olub və bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna uyğun deyil.

İsrail Müdafiə Nazirliyi Şoyqu və Liberman arasında baş tutan telefon danışığını təsdiqləyib, lakin söhbətin məzmunu barədə açıqlama verməyiblər.

Artıq Rusiya Prezidenti Vladimir Putin Suriyada “İl-20” təyyarəsinin qəzası zamanı həlak olmuş hərbçilərin doğmalarına və yaxınlarına, habelə xidmət yoldaşlarına başsağlığı verib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, sentyabrın 17-də Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriyanın Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizi sahillərindən 35 kilometr məsafədə təyyarə ilə əlaqə kəsilib. RF Müdafiə Nazirliyindən verilən məlumata görə Rusiya təyyarəsi İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində vurulub. Rusiyanın 15 hərbi qulluqçusu həlak olub.(AzVision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar