Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya “İsgəndər-M” raketlərini ilk dəfə işə saldı, İdlibə zərbə endirdi

Rusiya Hava Kosmik Qüvvələri sentyabrın 15-də Suriyanın şimalında, İdlib vilayətində “Hayat Təhrir əş-Şam” qruplaşmasının düşərgəsinə şiddətli raket-bomba zərbələri endirib.

Bu haqda Rusiya mənbələri bildirir. Hərçənd Rusiya Müdafiə Nazirliyi məlumatları şərh etmir.

İdlibdə Rusiya və Türkiyənin də cəlb olunduğu atəşkəs rejimi hökm sürürdü, razılaşmaya əsasən Suriya rejimi qüvvələri Rusiyanın hava dəstəyi ilə müxaliflərin nəzarətində olan əraziləri tutmaq üçün 2020-ci ilin əvvəllərində başladılan irimiqyaslı hücumu dayandırıb. Hazırda bölgədə atəşkəsə əməl edilməsinə Rusiya və Türkiyə birgə patrulu nəzarət edir.

Kremlə yaxın “Krasnaya vesna” internet nəşri bildirir ki, İdlibdə dünənki əməliyyat zamanı Rusiya “İsgəndər-M” operativ-taktiki raketlərini də tətbiq edib. Raketlər Hmeymim aviabazasından buraxılıb. Nəşr Rusiya Silahlı Qüvvələrindəki mənbələrə istinad edir, lakin “İsgəndər” raketlərinin tətbiq olunmasına dair rəsmi təsdiq hələlik mövcud deyil.

Əgər bu xəbərlər doğrudursa o zaman Rusiya ilk dəfə “İsgəndər-M” raketlərini döyüş əməliyyatlarında tətbiq etmiş olur. Bildirilir ki, raket zərbələri nəticəsində “Hayat Təhrir əş-Şam” qruplaşmasının bazası dağıdılıb.

“İsgəndər” raketlərindən başqa Rusiya “Su-2” və “Su-34M” qırıcı-bombardmançılarını da tətbiq edib. Rusiya döyüş aviasiyasının hadisə yerindən çəkilmiş fotoları da yayılıb. Zərbələr endirilən düşərgə Batitiyə şəhərindən 90 kilometr məsafədə yerləşir və 90 hektarlıq ərazisi var. Yaraqlıların itkiləri haqda heç nə məlum deyil. ABŞ-ın başçılıq etdiyi koalisiya da Rusiyanın kütləvi zərbələri barədə xəbərləri şərh etmir.

Qeyd edək ki, Rusiya Suriya döyüş əməliyyatları teatrını özünün yeni silahlarını döyüşdə sınaqdan keçirmək üçün istifadə edir. Bu vaxta qədər Rusiya beşinci nəsil Su-57 qırıcılarını, "Armata" T-14 tanklarını, "Kalibr" qanadlı raketlərini və bir çox digər yeni silahlarını Suriyada tətbiq edib. 500 kilometr mənzilli "İsgəndər-M" raketlərinin isə indiyədək döyüş əməliyyatlarında tətbiq edildiyi məlum deyildi.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar