Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya intensiv zərbələr endirir - Video

Rusiyanın Hava Kosmik Qüvvələri son üç sutkadır ki, Suriyanın şimalında, İdlib vilayətində Əsəd rejiminə müxalif yaraqlıların mövqelərinə, düşərgələrinə intensiv hava zərbələri endirir. Rusiya mənbələri təkcə aprelin 8-də 90-dan çox raket-bomba zərbələrinin endirildiyini xəbər verir. Dünən aprelin 9-da isə Rusiya qırıcı-bombardmançıları İdlibin Basankul rayonunda “Hayat Təhrir əş-Şam” qruplaşmasının düşərgəsinə 500 kiloqramlıq aviabombalarla və raketlərlə zərbələr endirib. Telegram-kanallarda bomba zərbələrindən sonra çəkilmiş görüntülər yayılıb.


Hava zərbələrində Rusiyanın Su-24 cəbhə bombardmançıları və Su-34 qırıcı-bombardmançıları iştirak edir. Bu, Türkiyə-Rusiya deskalasiya zonasında toqquşmaların get-gedə güclənməsi ilə bir vaxtda baş verir. Ötən gün habelə Rusiya aviasiyasının Türkiyə ordusunun artilleriya mövqelərinə zərbələr endirdiyi, bir neçə M114 səhra qaubitsasının sıradan çıxarıldığı bildirilir. Lakin digər mənbələr həmin qaubitsaların müxalif yaraqlıların mövqeyində vurulduğu haqda məlumat yayıb. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və xəbər verildiyi kimi, tərəflər Qarabağı, Suriyanı və Donbassdakı vəziyyəti müzakirə ediblər.

Son həftələr ərzində Rusiya Suriyanın şimalında xeyli fəallaşıb və müxalif yaraqlıların düşərgələrini tez-tez bombalayır.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar