Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hərbçiləri Kəlbəcərin Buzdux və Sarıdağ yüksəkliklərini də nəzarətə götürdü...- Xəritə

Rusiya ordusunun yeni patrul marşrutu Kəlbəcər rayonunun Qozlukörpü İmarət Qərvənd kəndləri, Sarıdağ və Buzdux yüksəklikləri və Aşıq Şəmşirin kəndi yaxınlığındakı Şaban yurdu ərazisindən keçir...

Xəbər verdiyimiz kimi, 10 noyabr üçtərəfli razılaşmasına əsasən Azərbaycan Respublikası ərazisinin hazırda ermənilər yaşayan əraziləri, o cümlədən Laçın rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti sentyabrın 26-da təqdim etdiyi xəritədə heç bir əsas olmadan Tərtər rayonunun Qapanlı kəndini də məsuliyyət zonasına daxil edib. Və hələlik rəsmi Bakı bu, nəzəri də olsa, işğal faktına heç bir reaksiya verməyib.

Moderator.az xəbər verir ki, Azərbaycan torpaqlarındakı sülhməramlı(?) hərbi birləşmə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəritəsində daha bir neçə yenilik edib.

Belə ki, sentyabrın 27-nə aid xəritədə inzibati-hüquqi cəhətdən Kəlbəcər rayonu ərazisinə aid olan Sarıdağ(2185 m) və Buzdux(2374 m) dağ yüksəklikləri, eləcə də Ağdaban kəndi yaxınlığındakı Şaban yurdu də xüsusi qeyd edilərək Rusiya hərbçilərinin patrul marşrutuna daxil olunub. Yeni patrul marşrutu Kəlbəcər rayonunun Qozlukörpü İmarət Qərvənd kəndləri, Sarıdağ və Buzdux yüksəklikləri və Aşıq Şəmşirin kəndi yaxınlığındakı Şaban yurdu ərazisindən keçir...

Sarıdağ yüksəkliyinin 10 noyabr razılaşmasından bəri Rusiya hərbi kontingentinin nəzarətində olduğuna şübhə yoxdur. Ancaq Murovdağ silsiləsinin ən hündür zirvəsi olan Gamışdağa(3774 m) çox yaxın məsafədə yerləşən və eyni zamanda strateji Ağdaban kəndinə yaxın olan Buzdux(2374 m) yüksəkliyinin Rusiya hərbçilərinin nəzarətində olması müəmmalıdır...

Göründüyü kimi, Rusiya MN-in general-leytenant Rüstəm Muradovdan sonra komandanlığa gətirilmiş general-mayor Mixail Kosobokovun dövründə başladılmış xüsusən Laçın, ŞuşaAğdam ətrafındakı strateji yüksəklik və məntəqələrin ciddi nəzarətə götürülməsi prosesi davam edir. Və yeni komandan, Gürcüstanın Qori şəhərinin fatehi general-leytenant Gennadi Anişenkonun komandanlığı başlanandan daha da sürətlənib...

Hesab edirik ki, Azərbaycanın müvafiq dövlət qurumları 1-ci Qarabağ savaşında, Aprel döyüşlərində və 44 günlük müzəffər savaşımızda hər bir qarışı uğrunda şəhid və qazi qanları tökülmüş torpaqlarımızın hər məntəqəsi, hər dağı, hər zirvəsi, hər meşəsi və s. ətrafında baş verən proseslər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmalı və bu mövzuda qırmızı xətti keçən erməni və ya Rusiya hərbi birləşmələrinə adekvat cavab verməlidir...

Xatırladaq ki, dünən Ali Baş Komandan, Prezident İlham Əliyev müsahibələrindən birində Rusiya sülhməramlılarının fəaliyyətləri ilə bağlı müəyyən narazılıqlar və şikayətlərin olduğunu da bildirib...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar