Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hakerləri idman və antidopinq təşkilatlarını hədəfləyiblər – Microsoft

Microsoft şirkəti oktyabrın 28-də bildirib ki, Rusiyanın kiberkriminal qruplarından biri dünya boyunca idman təşkilatlarını və antidopinq qurumlarını hədəfləyib...

Həm də Fancy Bear/APT2 kimi tanınan Strontium qrupunun azı 16 milli və beynəlxalq idman və antidopinq təşkilatına haker hücumu etdiyi deyilir:

“Bu hücumlardan bəziləri uğurlu olub, lakin əksəriyyəti baş tutmayıb. Microsoft bu hücumlahədəflənmiş bütün müştərlərini xəbərdar edib və təhlükəsizliyi pozulmuş hesab və sistemlərin bərpası üçün köməklik göstərib”.

Microsoft bildirib ki, Strontium bu hücumu sentyabrın 16-da başlayıb. Bundan az sonra Dünya Antidopinq Agentliyi Rusiyanın bütün əsas idman yarışlarında iştirakına qadağan qoyulduğunu elan edib.

Buna səbəb Moskva laboratoriyasının agentliyə təqdim etdiyi nümunələrdə böyük uyğunsuzluqların aşkar edilməsi idi.

Microsoft deyib ki, sözü gedən haker qrupu bu kimi təşkilatları əvvəllər də hədəfləyib.

Şirkət bildirib ki, Strontium idman və antidopinq rəsmilərinin 2016-cı və 2018-ci illərə aid tibbi məlumatlarını və email-lərini sızdırıb.

Strontium kompüterlərə müdaxilə üçün fişinq deyilən metod da daxil müxtəlif fəndlərdən istifadə edir.

Bunlardan biri də idman və antidopinq təşkilatlarına etibarlı görürən elektron məktubların göndərilməsidir. Bu məktublarda istifadəçilərdən sistemə daxil olmağa imkan verən məlumatların təsdiqi istənir.

Microsoft bildirib ki, Strontium eyni vasitələrdən hökumətləri, hərbiyyələri, analitik mərkəzləri, hüquq firmalarını, insan haqları təşkilatlarını, maliyyə təsisatlarını və universitetləri hədəfləyərkən də istifadə edib.

Microsoft adamlara özlərini və təşkilatlarını hücumlardan qorumaq məqsədi ilə bütün email hesablarının ikifaktorlu tanıma sisteminə keçirilməsini tövsiyə edib. (azadliq.org)

pia.az


Etiket: Microsoft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar