Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya göyü minalamaq istəyir – “Forbes”

Rusiyalı hərbi ekspertlər Türkiyə istehsalı olan “Bayraktar TB2” dronlarının ötən il Qarabağ müharibəsində və bu il Suriyada döyüşlər zamanı Rusiyanın hava hücumundan müdafiə sistemlərini məhv etməsindən çox narahatdırlar”.

Novator.az saytının məlumatına görə, ABŞ-ın “Forbes” jurnalında dərc olunan “Rusiya dron hücumlarına qarşı “uçan minalı sahə” qurmağı planlaşdırır” başlıqlı yazıda belə deyilir.

Yazının müəllifi çağdaş müdafiə texnologiyaları üzrə ixtisaslaşmış jurnalist Devid Hamblinqdir. O, “Süvari qoşunlar: kiçik dronlar dünyanı necə fəth edəcək? Ümumilikdə qabaqcıl hərbi texnologiya və xüsusən adsız sistemlər əsasında” adlı kitabı ilə də məşhurdur.

Devid Hamblinq “Forbes”də dərc olunan yazısında bildirir ki, Qarabağda və Suriyada döyüşlər zamanı zərbə dronlarının hava hücumundan müdafiə sistemlərini məhv etməsindən çox narahat olan Rusiya dron hücumlarının qarşısını almaq üçün göyü minalamaq planı üzərində işləyir.

Yazıda vurğulanır ki, bu məqsədlə Rusiyanın pilotsuz uçuş aparatları istehsal edən “ZALA AERO GROUP” şirkəti hava sahəsini minalaya biləcək pilotsuz uçuş aparatları buraxmağa hazırlaşır. Şirkət öz istehsalı olan “Lancet” zərbə dronunu fərqli funksiyada modernləşdirib göydə zərbə dronlarını zərərsizləşdirən müdafiə dronuna, “hava minası”na çevirmək istəyir.

Plana görə, “Lancet” müdafiə dronları dost qoşunların başı üzərində havada keşik çəkməli, özünü düşmənin pilotsuz uçuş aparatlarına çırpıb onları dronlardan qorumalıdır.

Yazıda deyilir ki, “ZALA AERO GROUP” özünün yeni “Lancet” dronlarının saatlarla havada keşik çəkərək göydə minalanmış sahə yaradacağını iddia edir. Devid Hamblinq qeyd edir ki, hazırda “Lancet” dronu havada yalnız 40 dəqiqə fasiləsiz qala bilir, bundan sonra enerjisi tükənir, ona görə dron əlavə 40 dəqiqəlik uçuş üçün yerə endirilməli, təkrar enerji ilə təchiz olunmalıdır: “Amma “ZALA AERO GROUP” şirkəti yeni “Lancet” dronlarını ABŞ Hərbi Hava Qüvvələrinin etdiyi kimi növbə ilə havaya buraxa da bilər. Növbəli şəkildə göyə buraxanda, hər “orbit” üçün bir neçə dron nəzərdə tutanda sutka boyu havada pilotsuz uçuş aparatlarının olmasını təmin etmək mümkündür. Bundan başqa şirkət “Lancet” dronunu havada daha uzun müddət qala bilməsi üçün təkmilləşdirə də bilər. Bu yaxınlarda “ZALA AERO GROUP” istehsal etdiyi kiçik nəzarət dronunun yeni modelini təqdim edib. Həmin modeldən olan dronlar yeni hibrid mühərriki sayəsində havada on iki saatdan çox qala bilir. Günəş enerjisi ilə çalışan və havada bir neçə gün qala bilən dronlar üzərində iş aparan istehsalçılar da var. Ona görə göyü dronlarla həmişəlik minalamaq məsələsi heç də qeyri-mümkün bir iş deyil”.

Yazıda deyilir ki, “ZALA AERO GROUP” şirkəti uçan minaları nə vaxt işə salacağını açıqlamayıb: “ABŞ hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi kiçik ölçülü pilotsuz uçuş aparatlarından – qabaqlayıcı dronlardan artıq istifadə edir. Amma məsələyə “səmanı minalamaq” prizmasından baxmaq fərqli bir yanaşmadır, bu, daima havada kiçik müdafiə vasitələrinin uçuşması, dronların göydə həmişəlik keşik çəkməsi deməkdir.

Bu həm də dronların dronlara qarşı kütləvi mübarizəsinin başlanması deməkdir. Özünüz təsəvvür edin: dron qatarı (çox güman ki, miniatür qırıcıların müşayiəti ilə) göydə rəqibin dronlardan ibarət müdafiə xəttini yarıb keçmək istəyir…”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar