Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya geri qaytardığı məhsullarla bağlı Azərbaycana 34 notifikasiya göndərib

“Tuta absoluta” zərərvericisi ilə bağlı Rusiya Federasiyası Azərbaycana 34 notifikasiya göndərib. Notifikasiyalar cəmi 9 istehsal müəssisəsi və 5 ixracatçı şirkət haqqında olub”.

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycan tərəfi də idxal zamanı oxşar zərərvericiləri aşkarlayır və qarşı ölkələrə də notifikasiyalar göndərilir:

“Qeyd edim ki, 2020-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına 190 min tona yaxın pomidor məhsulu ixrac olunub. Zərərvericinin məhsullardakı payı 0,28 faiz təşkil edib. Azərbaycan Respublikasında mövcud inzibati ərazilərdən isə yalnız 6 rayonda bu zərərvericinin olması halı qeyd edilib. Məhsulun yalnız göstərilən qismində zərərvericinin olması ilə bu məhdudiyyətin bütün ölkə üzrə tətbiq edilməsi bizdə təəccüb doğurur”.

E.Mikayılov əlavə edib ki, Rusiya Federasiyasına hər ilin başlanğıcında fəaliyyət göstərən istixanalarla bağlı proqnoz göndərilir. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar