Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdıra biləcək?

Ermənistan tərəfi heç bir ön şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırmağa hazır olduqlarını bildirib...

Politoloq: “Türkiyə və Ermənistan münasibətlərini diplomatik səviyyədə, yaxud iqtisadi, ticari, humanitar səviyyədə inkişaf etdirmək mümkündür. Amma burada da müəyyən problemlər var”.

Ermənistanın məhz Rusiya vasitəsilə Türkiyəni müəyən mənada razı salmaq üçün ortaya atdığı bu fikir, iddia dolayısı ilə həm də Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmaq cəhdini PİA.az-a şərh edərkən qeyd edib.

Yayılan xəbərlərə görə Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün Rusiyaya müraciət edib. Bundan başqa ABŞ-da vasitəçi olçağa hazır olduğunu bildirib. Ermənistan tərəfi isə heç bir ön şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırmağa hazır olduqlarını bildirib. Bilirik ki, Ermənistan konstiutsiyasında və dövlət atributlarında Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülüb.

Bu iddialar ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına ehtimal vermək olar?

Türkiyə-Ermənistan münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiyanın vasitəçiliyi ilə Türkiyə ilə əməkdaşlığa ümid edən Ermənistan anlamır ki, Türkiyə-Azərbaycan münasibətləri hansısa geosiyasi münasibətlər üzərində qurulmayıb. Bu münasibətlər mənəvi qardaşlıq üzərində qurulub”.

Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün Ermənistan tanımalı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunun üçün ilk növbədə Ermənistanda konstitutsiya dəyişiklikləri olmalıdır. İndiki gərgin ictimai-siyasi vəziyyətdə zəif Paşinyan hökumətinin bunu edə bilməsi inandırıcı görünmür:

“Əslində münasibətləri normallaşması Ermənistan konstitutsiyasında Türkiyəyə qarşı qeyd olunan iddialardan asılı deyil. Türkiyə və Ermənistan münasibətlərini diplomatik səviyyədə, yaxud iqtisadi, ticari, humanitar səviyyədə inkişaf etdirmək mümkündür. Amma burada da müəyyən problemlər var. Söhbət ondan gedir ki, Ermənistanın bu gün Avropaya çıxışı üçün Türkiyəyə nə qədər ehtiyacı varsa, bir o qədər də bu prosesin içərisinə Ermənistan müəyən hiylələr və təxribatlar qatır. Yəni Ermənistanın bu cəhdinin içində əslində Türkiyə ilə münasibət qurmaq niyyəti varsa, bu cəhdin içərisində bir də Türkiyə-Azərbaycan münasibətlərinə zərər yetirmək hədəfi də var. Çünki indiki vəziyyətdə Türkiyə Ermənistanla heç bir şərt qoymadan bütün münasibləri tənzimləyərsə, bu Azərbaycanın maraqlarına uyğun olmaz. Həm də Ermənistanın işğalçı planlarına qarşı Azərbaycan-Türkiyə birgə mübarizəsinin heç bir anlamı qalmaz.

Əslində Ermənistanın məhz Rusiya vasitəsilə Türkiyəni müəyən mənada razı salmaq üçün ortaya atdığı bu fikir, iddia dolayısı ilə həm də Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib. Buna görə də istənilən qarşılıqlı müsbət açıqlamalara rəğmən hər dəfə, istər xarici işlər naziri, istər prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində bildirilir ki, bunun üçün regionda sülh və sabitliyin təminatı olan 3+3 əməkdaşlıq platformasını həyata keçirməyə razı olmaq lazımdır. Ancaq bu da bilavasitə 44 günlük Vətən müharibəsindən doğan nəticələrin həyata keçirilməsindən keçir.

Söhbət ondan gedir ki, əgər Ermənistan sülh istəyirsə, Qarabağdakı qoşunlarını geri çəkməlidir. Eyni zamanda Vətən müharibəsindən doğan nəticələr var ki, bu nəticələrin tənzimlənməsi üçün sərhədlərin müəyyənləşməsi və qarşılıqlı tanınmasına ehtiyac var. Ən nəhayət Ermənistanın da imzaladığı 10 noyabr və 11 yanvar sənədləri var. Bu sənədlərdə də kommunikasiyaların açılması, eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi var. Amma Ermənistan hələ də bu məsələləri sabotaj edir.

Natiq Miri: “Mən yaxın perspektivdə münasibətləri tənzimlənməsini, xüsusilə Türkiyə və Ermənistan münasibətlərinin tənzimlənməsini mümkün hesab etmirəm”.

Buna görə də bu məsələlər tənzimlənmədən Ermənistanın Türkiyə ilə münasibətləri kimin vasitəsi olur-olsun tənzimlənməsi mümkün olmayacaq. Çünki Ermənistan və Türkiyə münasibətlərinin pozulması və sərhədlərin bağlanması Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə görə olmuşdu. Bu gün bu torpaqlar işğaldan azad olunsa belə, ortada konkret siyasi nəticələr yoxdur. Bu da o deməkdir ki, sülh mövcud deyil. Yəni potensial müharibə hər an mümkündür. Biz bunu ən azından 16 noyabrda gördük.

Bu məsələlər tənzimlənmədən boynundan yuxarı tullanaraq Rusiyanın vasitəçiliyi ilə Türkiyə ilə əməkdaşlığa ümid edən Ermənistan anlamır ki, Türkiyə-Azərbaycan münasibətləri hansısa geosiyasi münasibətlər üzərində qurulmayıb. Bu münasibətlər mənəvi qardaşlıq üzərində qurulub ki, iki qardaş ölkə də qarşılıqlı olaraq ən çətin vəziyyətdə bir-birinin əlindən tutmağa hazırdır.

Buna görə də regionda Azərbaycanla sülh təminatı və sülh anlaşması olmadan birtərəfli qaydada Türkiyə ilə münasibətləri tənzimləmək mümkün deyil. Bu kompleks məsələləri həll etməyə ehtiyac var. Ən nəhayət Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü Ermənistan tanımalıdır. Bunun üçün əlbəttə konstitutsiyada dəyişikliklərinə ehtiyac var. İndiki gərgin ictimai-siyasi vəziyyətdə zəif Paşinyan hökuməti bunu edə biləcəkmi?

Mən yaxın perspektivdə münasibətləri tənzimlənməsini, xüsusilə Türkiyə və Ermənistan münasibətlərinin tənzimlənməsini mümkün hesab etmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar