Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Rusiya sərhədçilərinin Sünikə yerləşməsi münaqişəyə hansı təsirləri göstərə bilər?

Siyasi şərhçi: “Ermənistanda göstərmək istəyirlər ki, Zəngilan, Qubadlı və başqa ərazilər Azərbaycan ordusunun nəzarətinə keçəndən sonra guya Azərbaycan Zəngəzur vasitəsilə ilə Naxçıvana yol açacaq”

“İndi onlara Ermənistana hücumu imitasiya etmək lazımdır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Rusiyanın sərhədçilərinin Azərbaycan-Ermənistan sərhədinə, məxsusən Sünikdə yerləşdirilməsi iddialarını PİA.az-a şərh edərkən qeyd.

Erməni mətbuatının yazdığına görə Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədinə, məxsusən Sünikdə yerləşdirilib. Rusiyanın verdiyi bu qərar nədən xəbər verir və bu qərarın münaqişəyə hansı təsirləri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Görünür Ermənistan yeni bir təxribata hazırlaşır”.

Türkiyədə də bu barədə düşünülməmiş bəyanatlarən verildiyini nəzərə çatdıran siyasət şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, Ermənistan da bundan istifadə etmək istəyir. Çünki indi onlara Ermənistana hücumu imitasiya etmək lazımdır:

“Sünik vilayət bizim Zəngəzur vilayətimizdir. Zəngəzurda Ermənistan hökuməti sərhədlərin gücləndirilmiş müdafiəsi rejiminə keçib. Həmçinin Ermənistan keçmiş baş qərargah rəisini bu işə məsul şəxs kimi təyin edib. Hətta Ermənistan Rusiyanın sərhəd qoşunlarını da oraya cəlb edib.

Bu addımln hüquqi əsasları var. Çünki Ermənistanın sərhədlərinin Rusiya qoşunları tərəfindən qorunması haqqında anlaşma hələ 1994-cü ildən mövcuddur və bu anlaşma bu günə qədər də qüvvədədir. Görünür Ermənistan yeni bir təxribata hazırlaşır. Onlar göstərmək istəyirlər ki, Zəngilan, Qubadlı və başqa ərazilər Azərbaycan ordusunun nəzarətinə keçəndən sonra guya Azərbaycan Zəngəzur vasitəsilə ilə Naxçıvana yol açacaq.

Ərəstun Oruclu: “Bu məsələlərin kökündə Rusiyanı konfliktə cəlb etmək də durur. Ermənistan Rusiyanın köməyi ilə vəziyyətdən çıxmaq istəyir”.

Təssüf ki, Türkiyədə də bu barədə düşünülməmiş bəyanatlar verilib. Məsələn Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli belə bir bəyanat verib və erməni dövlətinin yox edilməsinə çağırış edib.. Ermənistan da bundan istifadə etmək istəyir. Çünki indi onlara Ermənistana hücumu imitasiya etmək lazımdır.

Onu da qeyd edim ki, bu məsələlərin kökündə Rusiyanı konfliktə cəlb etmək də durur. Ermənistan Rusiyanın köməyi ilə vəziyyətdən çıxmaq istəyir. Həm də onlar Rusiyanın köməyi ilə Azərbaycanı geri oturtmaq istəyirlər. Düşünmürəm ki, Ermənistan bunu öz təşəbbüsü ilə edir. Bu işdə Rusiyanın da əli var. Hətta bütövlükdə bu proses Rusiya tərəfindən tənzimlənir.

Düşünmürəm ki, Azərbaycan Zəngəzura hücum etməyi planlayır. Bu ağılasığmaz işdir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sərhəd


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Bilgəhdə üçmərtəbəli villası prezidentin tapşırığı ilə sökülən FHN-nin idarə rəisi yeni villa tikdirib

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

Kəlbəcərdə AzTV-nin əməkdaşları ilə erməni keşişlər arasında mübahisə yarandı - Video

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar - Video

Karantində toy edən məşhur iş adamı imiş – Adı niyə gizlədilib?

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

Türk professor koronavirusu məhv edən ən güclü təbii silahı açıqladı

loading...

Ən çox oxunanalar