Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya erməniləri məyus etdi - Zəngəzurla bağlı son qərar verilib

Azərbaycan gənc bir dövlət olsa da, 30 illik işğala qarşı dünyanın susqunluq sərgiləməkdə davam etməsinə artıq səbr göstərməyərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi, 44 günlük savaşla haqq-ədaləti bərpa etməklə yanaşı nəinki regionun, qitənin, dünyanın geosiyasi düzənini dəyişməyi bacardı.

Dünən Vladimir Putinin ənənəvi illik mətbuat konfransında çıxışı zamanı dedikləri və Antalyada Türkiyə və Rusiya XİN rəhbərləri arasında keçirilən görüşün təəssüratları da belə düşünməyə əsas verir. Görünən isə odur ki, nəinki Moskva, artıq dünya da Bakı və Ankaranın yaratdıqları reallığı 6 aydan çoxdur ki, istəməsə də, qəbul etməkdədir. Uzun müddətdən sonra Avropa Birliyinin Azərbaycana giriş məhdudiyyətini aradan qaldırması barədə qərarı da artan gücümüzün diqtəsinin sübutudur. Reallıqlardan biri isə ondan ibarətdir ki, 50 ildən sonra İranla Ermənistan arasında sərhəd olmayacaq və bu reallığı artıq Ermənistanda belə qəbul etməyə başlayıblar.

Ötən gün həm Rusiya prezidenti Vladimir Putin, həm də xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı suallara cavab vermək məcburiyyətində qaldılar. Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında çıxışı zamanı "Regionda normal münasibətlərin bərpası üçün hər şey edəcəyik", - deyib. Kreml rəhbəri qeyd edib ki, Rusiya Qarabağ məsələsinin nizamlanmasında müəyyən rol oynayıb: "Nə Azərbaycan, nə də Ermənistan bu münaqişənin böyüməsində maraqlıdlr". Rusiya prezidenti bu açıqlaması ilə əslində münaqişənin həllində uzun illər maraqlı olmayan tərəfin kim olduğunu etiraf etdi.

"Əgər biz sülh və dostluq içində yaşayacağıqsa, nəinki təhlükəsizlik sahəsində, həm də sosial iqtisadi inkişaf sahələrində insanların həyatlarının yaxşılaşdırılması üçün şərait yaratmalıyıq", - deyən Vladimir Putin bir daha dolayısı ilə təsdiq etdi ki, regionda növbəti müharibənin əleyhinədir, Qarabağ münaqişəsi Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, sona çatıb.

Ermənilərin gözü Türkiyədə - Xankəndinə köç başlaya bilər

Putin bölgədəki yeni reallıqla bağlı danışarkən onu da qeyd edib ki, "Həll edilməli olan məsələlər arasında normal infrastrukturun bərpası, sərhədlərin ayrılması ilə bağlı məsələlər də var. Azərbaycan-Ermənistan dövlət sərhəddində, xüsusilə əvvəl heç dövlət sərhəddi olmayan, ittifaq ölkələri arasında inzibati sərhədlər olan yerlərdə müvafiq işlərin aparılması ilə bağlı məsələlər var. Biz hazırda bu iş prosesində iştirak edirik. Xüsusi üçtərəfli işçi qrupu yaratmışıq və regionda normal münasibətlərin bərpası üçün hər şey edəcəyik". Putin bu açıqlaması ilə Ermənistandakı revanşist qüvvələrə Ermənistan-Azərbaycan sərhəddindəki delimitasiya, demarkasiya proseslərini manipulyasiya etmək cəhdlərinin yersiz olduğunu, onların təxribat istəklərinin üçtərəfli bəyanatların (10 noyabr, 11 yanvar) icrası istiqamətində işlərə heç cür problem yarada bilməyəcəyi mesajını verdi. Maraq üçün bildirim ki, Kreml rəhbərinin mətbuat konfransı 4 saata qədər davam edib. Ona ümumilikdə 2 milyona qədər müraciət daxil olub. Putin onlar arasından yalnız onlarla sualı cavablandırmağı daha önəmli hesab edib.

Putinin ənənəvi illik mətbuat konfransında çıxışı zamanı Rusiyanın XİN rəhbəri eyni vaxtda Türkiyədə həmkarı Mövlüd Çavuşoğlu ilə görüşürdü. Əslində görüşdən öncə hansı mövzuların müzakirə ediləcəyi və tərəflər arasında müzakirələrin daha çox hansı məsələləri əhatə edəcəyi barədə proqnozlar özünü tamamilə doğrultdu. Görüşdə Qarabağ məsələsinə xüsusi yer verildi. Videokadrlardan da görünür ki, hər iki tərəf danışıqların nəticələrindən razı qalıblar.

Mövlud Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında Suriya, Liviyadakı son vəziyyəti, Əfqanıstandakı prosesləri müzakirə etdiklərini, eyni zamanda Qarabağın yenə əsas müzakirə mövzuları olduğunu deyib. Çavuşoğlu eyni zamanda görüşdən öncə də proqnozlaşdırıldığı kimi "Sputnik-V" peyvəndinin tədarükü və birgə istehsalı, təhlükəsiz turizm məsələlərini də müzakirə etdiklərini bildirib. O, onu da qeyd edib ki, "məqsədimiz bütün bu bölgələrdə sabitliyin, azadlığın, sülhün qalıcı olmasıdır". Çavuşoğlunun bu açıqlaması əslində Rusiyanın da hazırkı reallıqda hansı mövqeni tutduğunu göstərmiş oldu.

Mətbuat konfransında M.Çavuşoğlunun çıxışından sonra növbə Sergey Lavrova çatdı. Rusiya XİN rəhbərinin cavabları Azərbaycan və Türkiyəni qane etməyə bilməzdi: "Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətini təqdir edirik. Əminik ki, ümumulikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çox planlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək". Şübhəsiz ki, Lavrov Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılması məsələsinə toxunarkən burada ilk növbədə 10 noyabr və 11 yanvar bəyanatlarında da əksini tapan Zəngəzur dəhlizinin istifadəyə verilməsindən bəhs etmiş oldu. Lavrov bununla da Şuşa Bəyannaməsində də regionda iqtisadi əlaqələri genişləndirmək məqsədi ilə bəhs edilən Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf olduqlarını və bunun reallaşmaqdan başqa çıxış yolunun olmadığını bəyan etdi.

Rusiya XİN rəhbərinin "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə gəlincə, bu, ikitərəfli münasibətlər çərçivəsində baş tutan görüşdür" açıqlaması isə dolayısı ilə Ərdoğanın Şuşa səfəri və orada iki qardaş ölkə arasında imzalanan tarixi Bəyannamədə maipulyativ çalarlar axtaran, bunu region, bölgə üçün təhdid hesab edən revanşist və ermənipərəst qüvvələrin planlarını puç etdi.

Amma bəllidir ki, Putinin və Lavrovun nə demələrindən asılı olmayaraq Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Kremli narahat edir, ancaq buna açıq etiraz edə bilmirlər. Səbəb isə gün kimi aydındır - Türkiyənin və Azərbaycanın artan gücü və nüfuzu. Son açıqlamalar bir daha təsdiq etdi ki, Azərbaycan Qarabağa nəzarəti tam ələ almaq yolunda Türkiyə ilə birgə addımlamaqdadır. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar