Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların sayını saxtalaşdırır - Sənədlər

Həqiqi rəqəmlər hara yoxa çıxıb? ...

Rusiyanın elmi- akademik dairələri Böyük Vətən Müharibəsində döyüşən azərbaycanlıların sayını təhrif edən saxta sənədləri elmi-kütləvi kitablara daxil edirlər.

Bununla bağlı bəzi maraqlı faktları araşdırmışıq. Böyük Vətən Müharibəsində SSRİ- nin insan itkilərinin statistik nəticələrini təqdim edən ” RusiyaSSRİ 20- ci əsrin müharibələrində” adlı kitabda Hitler Almaniyasına qarşı müharibədə səfərbərliyə alınaraq cəbhədə həlak olan azərbaycanlıların sayında ciddi təhrifə yol verilib.

Kitabın “geridönməz itkilər” bölməsində bu müharibədə həlak olan sovet əsgərlərinin etnik tərkibi göstərilib. Təqdim olunan cədvəldə Böyük Vətən Müharibəsi zamanı cəmi 58 min 400 nəfər azərbaycanlı əsgərin həlak olduğu göstərilir.

Ermənilərin bizdən daha çox itki verdiyi qeyd olunub. Onların həlak olanlarının sayı 83 min 700 nəfər, gürcülərin isə 79 min 500 nəfərdir.

Kitab 2001-ci ildə hərb elmləri namizədi, Rusiya Hərbi Elmlər Akademiyasının professoru, general-polkovnik Krivoşeyevin ümumi redaktorluğu altında nəşr olunub. Rusiya imperiyasının və SSRİ-nin iştirak etdiyi müharibələrdəki itkilərin statistik araşdırması əks olunmuş kitab SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin üzərindən “məxfi” qrifi götürülmüş sənədləri əsasında hazırlanıb.

Girişdə qeyd olunur ki, “adıçəkilən kitab SSRİ- nin Böyük Vətən Müharibəsində məruz qaldığı əsgər-zabit itkiləri ilə bağlı müxtəlif illərdə çap edilən və dəqiqliyi şübhə doğuran publisistik və memuarların yaratdığı sualları aradan qaldırmaq üçün” nəşr olunub.

Müəlliflər iddia edirlər ki, SSRİ-nin bu sənədlər üzərində “məxfi” qrifini götürməsindən sonra yazılan müxtəlif kitablar özfəaliyyət detalları ilə yazılıb. Həmin kitablarda əsasən şəxsi mülahizələr və təsdiq olunmayan faktların əks olunduğu memuarlar əks olunub.

“Bir sıra KİV-lərdə sovet ordusunun itkiləri barədə şübhəli məlumatlar dərc olunur. Bütün bunlar məsələnin əsl mahiyyətinin təhrif olunmasına gətirib çıxarır”.

Kitabın müəllif kollektivi 1988-1993-cü illər ərzində sovet ordusu, donanması, sərhəd və NKVD-nin daxili qoşunlarının arxiv sənədləri və digər materialları üzərində kompleks statistik araşdırmalar aparıb.

Bunun üçün ordu generalı S. Ştemenkonun rəhbərlik etdiyi Baş Ştabın “itkilərin müəyyən edilməsi üzrə” komissiyasının nəticələrindən (1966-68), və 1988-ci ildə ordu generalı Qareevin rəhbərliyi ilə Müdafiə Nazirliyi tərəfindən yaradılan analoji komissiyanın yekun nəticələrindən istifadə edilib.

Kitab müəllifləri qeyd ediblər ki, “əsas məqsədləri tədqiatçılara, KİV-ə, və oxuculara SSRİ-nin müharibədəki insan itkiləri ilə bağlı mötəbər məlumatları təqdim etməkdir”.

Arxiv sənədlərinin araşdırılmasının nəticələrinə görə, Böyük Vətən Müharibəsində ( Uzaq Şərqdə 1945-ci ildəki hərbi kampaniya da daxil olmaqla) SSRİ Silahlı Qüvvələrinin insan itkisi 8 milyon 668 min 400 nəfər olub.

Bura müharibənin ilk günündə səfərbərliyə çağırılmış, ancaq hərbi hissəyə çatmamış həlak olan, itikin düşən hərbi mükəlləfiyətçilər daxil edilməyib. Onların ümumi sayı 500 min nəfərdir.

Rusiya vətəndaşları arasında hərbçilərin itkiləri 6 milyon 535 min 100 nəfər olub. Bu SSRİ Silahlı Qüvvələrinin ümumi demoqrafik itkisinin 71,3 faizidir.

RusiyaSSRİ 20-ci əsrin müharibələrində: Silahlı Qüvvələrin itkiləri” kitabı üzərində iş 10 il davam edib.

Bunun üçün böyük həcmdə içində ilkin və son sənədi saxlayan arxiv sənədləri araşdırılıb. Bu nəticələr hərbi əməliyyatlarda iştirak etmiş hərbi hissələrin siyahıları ilə tutuşdurlub. Sənədlərin analizi əsasında SSRİ ilə faşist Almaniyası arasında insan resursları ilə bağlı balans aparılıb. Bu, itkilərin miqyasını müəyyənləşdirməyə imkan verib.

Kitab elmi-akademik dairələr tərəfindən yüksək qiymətləndirilib və Londonda “Qrinhil Books” nəşriyyatında ingilis dilində çap edilib.

Kitabın hazırlanmasında SSRİ-nin və Rusiya Baş Qərargahının, müxtəlif silahlı qüvvələrin arxiv sənədlərindən istifadə olunub. Bura SSRİ Müdafiə Nazirıiyinin Mərkəzi Arxivi, Sovet Ordusunun Mərkəzi Dövlət Arxivi (inidki Rusiya Dövlət Hərbi Arxivi), Rusiya Dövlət hərbi-tarix arxivi, Hərbi- Dəniz Donanmasının Mərkəzi Arxivi, Marksizim-Leninzim İnstitutunun Mərkəzi Partiya arxiv və digər rəsmi dövlət arxivləri daxildir.

Qəribədir ki, bu kitabda əks olunan rəqəm Azərbyacanın elan etdiyi rəqəmlərlə daban-dabana ziddir. Hələ SSRİ dönəmində Azərbaycanla bağlı rəsmi sənədlərdə faşistlərlə vuruşmaq üçün 600 min azərbaycanlının hərbi səfərbərliyə alındığı qeyd olunur. Onların 300 mini döyüş meydanında həlak olub.

İndi bu rəqəmin cəmi 58 min civarında göstərliməsi ciddi mübahisələr doğurur və Azərbaycan tarixçiləri bununla bağlı öz mövqeyini bildirməlidirlər.(Azpost.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar