Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Belarus sərhədində faktiki hərbi vəziyyət hökm sürür, hər iki tərəf postlar qurur - Fotolar

Belarusda Rusiyanın “Vagnerin ordusu” kimi tanınan özəl-hərbi şirkətinin 33 muzdlusunun tutulmasından sonra iki ölkə sərhədində ciddi gərginlik hökm sürür.

Virtualaz.org Rusiya və Belarus qaynaqlarına istinadən xəbər verir ki, Belarus ərazisindən Rusiyaya aparan şosse yollarda hərbi postlar qurulub, habelə sərhəd boyu hərbi vertolyotlar patrul uçuşları keçirir.

Sosial şəbəkələrdə yayılmış məlumatlara gprə Belarus hərbçiləri blok-postlar qurur, dövlət sərhədi boyu əlavə sərhəd qüvvələri yerləşdirilir, ölkəyə daxil olan Rusiya vətəndaşları ciddi yoxlanışdan keçir.

Rusiya ərazisində isə Belarusla gediş-gəlişə ciddi nəzarət tətbiq olunub. Belarusa keçmək istəyənlərin hamısının sənədləri, telefon nömrələri yoxlanılır. Habelə Belarusla sərhəddə Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının əlavə qüvvələri yerləşdirilib. Rusiyadan Belarusa keçmək istəyənlərin uzun növbəsi yaranıb, onların əksəriyyəti Belarus vətəndaşlarıdır.

Xatırladaq ki, Belarus hakimiyyəti rusiyalı muzdluların bu ölkədə avqustun 9-na təyin edilmiş prezident seçkiləri zamanı qarşıdurma yaratmaq, hakimiyyət çevrilişi həyata keçirmək üçün göndərildiyini bildirir. Rusiya tərəfi isə deyir ki, həmin şəxslər Belarusdan tranzit keçməklə “üçüncü ölkəyə” getməyi planlaşdırırdılar. Lakin Belarus tərəfi muzdluların üçüncü ölkəyə keçmək planlarının əvvəlcədən alibi kimi düşünüldüyünü bildirir və onların əsl məqsədinin seçkilərdə təxribatlar törətmək olduğunu deyir.

pia.az 


Etiket: Sərhəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar