Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Belarus gərginliyi: “Artıq müttəfiqlik çat verib”

“Rusiya və Belarus arasında yaşanan söz atışması əsasən Moskvanın Minskə təzyiqidir. Belarus prezidenti Lukaşenkonun Qərblə əlaqələri normallaşdırmaq mesajı, Avropa rəsmilərinin tez-tez qəbul etməsi Rusiyada narahatlıqla qarşılanır”

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi məsələlər üzrə sədr müavini Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Moskva-Minsk arasındakı müttəfiqlik əlaqələri çat verib: “Putinlə Lukaşenkonun görüşləri də ikitərəfli münasibətlərin normal istiqamətə getməsinə zəmin yaratmır. Lukaşenko bir tərəfdən Rusiyadan ciddi iqtisadi güzəştlər, qaz qiymətlərinin aşağı qiymətlə alınmasını tələb edir, digər tərəfdən də Qərblə əməkdaşlığı önə çəkir. Ona görə də Kremllə Minsk arasında bu kimi problemlər yaşanır. Bundan əlavə Rusiya çalışır ki, Belarusda tam siyasi-hərbi nəzarəti öz nəzarətinə alsın. Lukaşenko bu planı bildiyindən dəfələrlə ölkəsinin müstəqilliyinin təhlükədə olduğunu vurğulayır.

Əslində burada əsas problem Rusiyanın Belarusu öz tərkibinə qatmaq planı ilə bağlıdır. Moskva Belarusda ikinci Ukrayna ssenarisinin təkrarlanmasını istəmir. Rusiya Belarusu iqtisadi təzyiqlərlə təhdid edərsə, Lukaşenko Qərbə yaxınlaşa və ABŞ-ın dəstəyini ala bilər. İki ölkə arasında bu siyasi problemin davam etməsi gözlənilir. Rusiya Belarusun mallarının bəzilərinə ölkəyə ixracına sanksiya tətbiq edə bilər. Bu, Belarus iqtisadiyyatı üçün ölümcül zərbədir. Hesab edirəm ki, Moskva-Minsk münasibətləri, artıq müttəfiqlik əlaqələri çat verir”.

pia.az


Etiket: Rusiya Belarus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar