Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Azərbaycanlıları Konqresini Ramiz Mehdiyev dağıtdı”

Eldar Namazovdan ittiham...

"Bizim Rusiyada güclü diaspora təşkilatımız var idi. ÜmumRusiya Azərbaycanlıları Konqresində o ölkənin elm, biznes, mədəni həyatında tanınan çox nufuzlu soydaşlarımız toplanmışdı. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin atdığı addımlar nəticəsində o təşkilat darmadağın oldu, qeydiyyatı ləğv edildi".

Bu sözləri Prezident Heydər Əliyevin sabiq köməkçisi, politoloq Eldar Namazov “Press-Klub TV”-nin “Babat debat” proqramında çıxışı zamanı deyib.

ÜAK-ın dağılma səbəbinə toxunan E.Namazov deyib ki, PA rəhbərinin diaspora təşkilatının işinə müdaxiləsi bu vəziyyəti yaratdı: “Ramiz Mehdiyevin rəhbərliyi altında olan qurumda çalışan, Azərbaycan vətəndaşı olan bir məmuru UAK-a rəhbər göndərdirlər. Bu qəbul olunmazdır. O təşkilat Rusiya vətəndaşları olan azərbaycanlılarının təşkilatıdır. Onlara Azərbaycan vətəndaşı, özü də PA-dan göndərilmiş adam rəhbərlik edə bilməz. BU Rusiya qanunlarına da ziddir. Təsəvvür edin ki, Putin Azərbaycandakı Rus icmasına rəhbərlik etmək üçün öz məmurunu Bakıya göndərir. Buna iqtidar razı olarmı?”

E.Namazovun sözlərinə görə, Prezident Administrasiyası belə addım atdı: “Həmin adam özbaşına olaraq ÜAK-ın strukturunu dəyişdi. Vitse-prezidentlər postunu tutan, Rusiyada tanınmış iş adamlarını, elm xadimlərini silib atdılar bayıra. O tərəfdən də Rusiya hakimiyyəti dedi ki, “necə yəni, Azərbyacan vətədanşı olan məmur gəlib burada Rusiya vətəndaşlarına rəhbərlik edəcək?”

Politoloq qeyd edib ki, bu təsadüfi addım deyildi: “Rusiyada ən böyük diaspor təşkilatı Azərbayacanın idi. Təşkilatı parçalamaqla və həm də Rusiya ilə üz-üzə qoymaqla yarım il ərzində Azərbaycanın ən böyük diaspora təşkilatı darmadağın edildi, qeydiyyatı ləğv edildi. Onun yerində isə təşkilat yaratmaq ümümkün olmayıb”.

E.Namazov bildirib ki, bu gün Rusiyada azərbaycanlıların diaspor təşkilatı yoxdur. Onun sözlərinə görə, Rusiya XİN rəhbəri Lavrovla görüşə Azərbaycan tərəfindən bir iş adamı dəvət olunsa da, erməni tərəfdən isə onların diasporasının rəhbəri gəlmişdi: “Son proseslər göstərdi ki, Rusiyada olan o boşluq bizim işimizə nə qədər mane olur”. (Azpost.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar