Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanı və Ermənistanı “rus NATO”sundan asılı vəziyyətə salıb

Ermənistan bu dəfə niyə cəbhə xətti əvəzinə, sərhəd bölgələrini hədəf aldı. Mütəxəssislərin fikrincə, bu məsələdə təşəbbüsçülər Rusiya, Fransa və İran olub...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 20 iyul 2020-ci il

Azərbaycana məxsus Yuxarı Qarabağ torpaqlarının Ermənistanın işğalı altında olduğunu deyən Ərdoğan çıxışında qeyd edib:

“Minsk üçlüyü təxminən 25-30 ildir bu işi masada buraxır. Hələ də məsələni həll edə bilməyib. Təbii olaraq, işin bu vəziyyətə çatacağı bəlli idi. Hazırda Ermənistan davamlı olaraq Azərbaycanın mülki ərazilərini atəşə tutur və oraya hücumlar edir. Ancaq bu hücumlar nəticəsində, əlbəttə ki, Azərbaycan da xüsusən öz torpaqlarının müdafiəsi, o cümlədən xalqının müdafiəsi yolunda doğru addımlar atır. Bu addımlar atılarkən, təbii ki, biz də qardaş Azərbaycanı heç vaxt tək qoymarıq. Qardaş Azərbaycana sona qədər dəstək verəcəyik”.

Bölgədəki şərtlər, Rusiyanın həssaslığı və beynəlxalq aktyorların mövqeyi bölgədə müharibə ehtimalını azaldır. Ermənistan-Azərbaycan problemini həll etmək öhdəliyi olan Minsk Qrupu (Rusiya, ABŞ və Fransa) atəşkəs pozuntularını pisləyərkən Moskvaİran dərhal vasitəçilik təklif edib. Çünki 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra ABŞ Qafqazdakı nüfuzunu ciddi dərəcədə itirdi. Amerika və AB Ermənistanı Rusiyanın nəzarətindən tamamilə xilas etmək üçün Diasporu aktivləşdirərək Ermənistan-Türkiyə sərhədinin açılması üçün Türkiyəyə təzyiq göstərmişdilər. Müxtəlif daxili və xarici kontekstlərə görə də ABŞ Ukrayna və Gürcüstanda olduğu kimi, Ermənistan-Azərbaycan problemində də tərəf tutaraq ruslarla konfliktə girə bilmir. Buna görə, Rusiyanın mövqeyi əhəmiyyət qazanıb. Bölgədə açıq mövqe nümayiş etdirən tək aktyor Türkiyədir.

Əvvəlki illərdə işğal altındakı Qarabağda və digər əyalətlərin cəbhə xəttində baş verən qarşıdurmalar, bu dəfə iki ölkənin sərhəd xəttinə sıçrayıb. İyulun 12-də Ermənistan ordusu sərhədin Tovuz bölgəsindəki Azərbaycan mövqelərinə top atəşi edərək qəfil hücuma keçib. Ölkənin qərbindəki Tovuz rayonu Azərbaycan və Türkiyənin ortaq nəqliyyat və enerji xətlərinin marşrutunda yerləşdiyi üçün bu ərazi strateji əhəmiyyətə malikdir. Ermənistanın bəzi strateji yüksəklikləri ələ keçirmək və nəqliyyat-enerji xətlərinə nəzarət etmək istəyi Tovuza hücum etməsinin səbəblərindən biri kimi göstərilir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və TANAP-ın başlanğıcı olan Cənubi Qafqaz qaz boru kəməri ilə Gürcüstan üzərindən Azərbaycanı Türkiyəyə bağlayan quru yolu da məhz Tovuzdan keçir.

Rusiya Ermənistanla Azərbaycanı nəzarətdə saxlayır

Ermənistan bu dəfə niyə cəbhə xətti əvəzinə, sərhəd bölgələrini hədəf aldı? Mütəxəssislərin fikrincə, bu məsələdə təşəbbüsçülər Rusiya, Fransa və İran olub. Birinci səbəb Ermənistanın siyasi və iqtisadi böhranlarını arxa plana keçirmək strategiyası idi. İkinci və ən vacib səbəb isə Ermənistan İran, Rusiya və Fransanın göstərişi ilə sərhəddə gərginlik yaradaraq Rusiyanın “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan (KTMT) münaqişələrdə öz xeyrinə istifadə etməyə çalışırdı. Çünki Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanın NATO qarşısında yaratdığı KTMT (yəni rus NATO-su) Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiyadan ibarət idi. Həmçinin, KTMT 7 noyabr 2002-ci ildə qurulan hökumətlərarası hərbi təşkilat idi. Razılaşmaya əsasən, üzv olan dövlətlər öz təhlükəsizliyini kollektiv şəkildə təmin edirdilər. Şimali Atlantika Müqaviləsi Təşkilatında da NATO-da olduğu kimi, əgər üzv dövlətlərdən biri və ya bir neçəsi təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyi baxımından təhdid olunsaydı, üzv ölkələr bu təhdidləri aradan qaldırmaq üçün birlikdə hərəkət edəcəkdilər. Lakin bu razılaşma ilə Rusiya Azərbaycanın işğal olunmuş ərazilərini müharibə yolu ilə geri almasının qarşısını aldı və Azərbaycanı ruslardan asılı vəziyyətdə yaşamağa məcbur etdi. Eyni şəkildə, KTMT qanunları ilə Ermənistanı da Azərbaycanın hücumlarından qoruduğu üçün onu da Rusiyadan asılı vəziyyətə saldı.

Bir millət, iki dövlət

Müdafiə sənayemiz PUA-larımızdan silah-sursat və raketlərimizə, elektron müharibə sistemlərimizə qədər bütün təcrübəsi, texnologiyası və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Müdafiə vasitələrimiz Azərbaycan ordusuna yeni sistemlər qazandırmaqla yanaşı, həm də köhnə sistemlərin modernləşdirilməsi, təmiri və təlim fəaliyyətləri baxımından da kömək edəcək. Azərbaycana edilən hücum “bir millət, iki dövlət” olaraq Türkiyəyə də edilmiş bir hücumdur. Türk Silahlı Qüvvələrinə məxsus “Bayraktar TB2” PUA-larının kütləvi şəkildə Ermənistan sərhədində uçması bu hücumun arxasında duran dövlətlərə qarşı həm xəbərdarlıq, həm də gözdağıdır.

Prezident Rəcəb Tayyib Ərdoğanın: “Türkiyə Azərbaycana edilən hər cür hücuma qarşı sərt mövqe göstərməkdən çəkinməyəcək”, açıqlaması da Türkiyənin qərarlılığından xəbər verir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar