Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya Azərbaycana və Türkiyəyə həqiqətən yaxın ola bilərmi?..

Moskva həmişə ermənilərə yaxın, türklərə isə uzaq olub. Bir yerdə yenə mütləq ermənilərin tərəfində dayanacaq...

Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə, 27 oktyabr 2020-ci il

Bildiyimiz kimi, Laçın dəhlizinin girişi, yəni Qubadlı işğaldan azad edilib. Beləliklə, Şuşaya yol açılıb. Şuşa isə Əhməd Ağaoğlunun, yəni türk siyasətində xüsusi bir yerə sahib olan şəxsin məmləkətidir. Ağaoğlu həmçinin, Ziya Gökalpın Maltadakı sürgün dostudur.

Şuşadan sonra hədəf Dağlıq Qarabağın mərkəzi Xankəndi olacaq.

İlham Əliyev torpaqların işğaldan azad edildikdən sonra ermənilərə mədəni hüquqlar veriləcəyini bildirib. Bu o deməkdir ki, Dağlıq Qarabağın köhnə muxtar sistemi qorunmayacaq. Hər halda, ermənilərə mədəniyyət hüququ veriləcək. Ancaq rəhbərlikdə də haqqları olsa, o zaman istiqamət tamamilə dəyişər.

Burada həm də nəzərə almaq lazımdır ki, görəsən, Rusiya buna “icazə verəcəkmi?” Qarşısında türklər varsa, sözsüz ki, digər rəqib ölkələr bir yerə toplaşacaqlar. Eyni sahədə bir-birilərinə qarşı mübarizə aparırlarsa, bundan yalnız türklər istifadə edə bilərlər. Bu, Krımda 1850-ci illərin əvvəllərində baş vermişdi. 1878-ci ildə ruslar türkləri çox sıxışdırdığı zaman onlar hətta İstanbul divarlarından girməyə çalışan ingilislərə Kipr rəhbərliyini verərək imperiyanın dağılmasını təxirə saldılar. Elə Kipr bir problem kimi bu “qurtuluş” prosesindən sonra ortaya çıxıb.

Dünən səhər ABŞ-ın müdaxiləsi ilə AzərbaycanErmənistan arasında atəşkəs elan edilib. Atəşkəs üçün kim araya girsə, mütləq Ermənistana kömək edir. Çünki Ermənistan sona yaxınlaşır. Dincəlmək və özünə gəlmək üçün ona bir fürsət lazımdır. Ancaq qulaq asmadı və 5 dəqiqə sonra top atışına başladı.

Buna başqa bir tərəfdən yanaşsaq, deyə bilərik ki, Ermənistan bilə-bilə humanitar atəşkəsi istəmir. Buna görə də cəsədlərini almağa çalışmır. Azərbaycanın əlində onların 5 min cəsədi var. Bu isə rəqəm çox böyükdür. İnsanlar bu cəsədləri götürsələr dəhşətə gələcəklər və daha heç kim cəbhəyə getməyəcək.

Rusiyanın iki dəfə təmin etdiyi atəşkəs də pozulub. Üçüncüsünü də təmin edə bilmədi və ABŞ araya girdi. Yəqin ki, bu Rusiyanın heç xoşuna gəlməyib.

Moskva həmişə ermənilərə yaxın, türklərə isə uzaq olub. Bir yerdə yenə mütləq ermənilərin tərəfində dayanacaq.

Görəsən, Azərbaycanın Laçın dəhlizini alıb Dağlıq Qarabağı mühasirəyə almasına razılıq verəcək, yoxsa eyni statusu qorumaq şərti ilə Sovet hökumətində olduğu kimi bölgəni Azərbaycan Respublikasının tərkibində muxtar ərazi kimi təhvil verəcək?

Rusların ən böyük bayramı İkinci Dünya müharibəsində Hitler üzərində qazandıqları “qələbə” olub. Onların ikinci böyük bayramı isə türklərə qarşı qazandıqları qələbələrdir. Hər zaman 1878-ci il zəfərini vurğulayırlar.

Bu yaxınlarda qeyd etdikləri daha bir qələbə var ki, bu da Navarin dəniz zəfəridir. 1827-ci ildə ingilislərə və fransızlara qoşulub Osmanlı donanmasını batırmışdılar. Bu “qələbələr”lə öyünmələrinin səbəblərindən biri də Yunanıstanın müstəqillik qapısının açılmasıdır. Bundan da fəxrlə danışırlar.

Ruslar Osmanlı İmperiyasına qarşı qələbələrini qeyd edib bitirə bilmirlər. 13 döyüşdən 11-də qalib gəliblər. Rusiya türklərə qalib gələ-gələ böyüyüb. Türklərlə Rusiyanın dost olması mümkün deyil. Hələ keçən gün İdlibdə Türkiyənin dəstəklədiyi ASO-ya bombalar atıb. Məqsədi Suriyada PKK-ya bir yol açmaqdır.

Rusiya heç bir şəkildə Azərbaycanın mütləq qələbəsini istəmir. Bir nöqtədə razılaşmanı təmin edəcək. Odur ki, Putinin “Ərdoğan mənim dostumdur” deməsinə aldanmayaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

Ara Ayvazyan jurnalistlərə əsəbləşdi: "İlham Əliyevi niyə belə diqqətlə oxuyursuz?"

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar - Video

“Oktyabrda Paşinyan yanlış qərar verdi, bir korpus darmadağın edildi” – Köçəryan açıqladı

Ramiz Mehdiyevin ortağı olan məşhur iş adamı karantində toy elədi – Adı niyə gizlədilib?

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Türk professor koronavirusu məhv edən ən güclü təbii silahı açıqladı

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

Kəlbəcərdə AzTV-nin əməkdaşları ilə erməni keşişlər arasında mübahisə yarandı - Video

loading...

Ən çox oxunanalar