Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya AŞPA-DA “əsir məsələsi”ndə Ermənistanı dəstəkləmədi

Ümumilikdə, əsir məsələsinin müzakirəsinə 21 nəfər "yox" deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb...

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) 12 üzvdən ibarət heyəti “erməni əsirlər” məsələsinin (əslində diversantlsar-red.) qurumda müzakirəsini dəstəkləməyib. 12 üzvdən 5-i məsələnin əleyhinə səs verib, 7-si isə səsvermədə iştirak etməyib.

PİA.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb.

Məlumata görə, Rusiyanın nümayəndə heyəti praktik olaraq tam heyətlə Türkiyədə demokratiyanın da AŞPA-da müzakirəsinə qarşı çıxıb və bununla faktiki olaraq, rəsmi Ankaranı dəstəkləyib.

Ermənistanın strateji müttəfiqi sayılan Rusiya niyə Azərbaycanda saxlandığı deyilən “erməni əsirlər” məsələsinin Strasburqda müzakirəsini dəstəkləməyib?

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan deyib ki, baş verənləri Rusiya nümayəndə heyətinin rəhbəri Pyotr Tolstıy ilə müzakirə edib.

Ümumilikdə, “əsir məsələsi”nin müzakirəsinə AŞPA-da 21 nəfər "yox" deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb.

Aprelin 20-də AŞPA-nın yaz sessiyasında hansı məsələlərin müzakirə çıxarılması üzrə qərar verilib. İki məsələ – Rusiyada müxalifətçi Aleksey Navalnının həbsi və Türkiyədə demokratik institutların fəaliyyəti təcili məsələlər sayılıb. “Erməni əsirlər”, Rusiyanın Avropada sülhə yaratdığı təhdid cari məsələlər sırasında yer alıb. Etirazlar olan məsələlər müzakirəyə çıxarılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “erməni əsirlər” məsələsinə etiraz etdiyindən səsvermə keçirilib.

Azərbaycan ötən il Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan, ErmənistanRusiya liderlərinin ötən il noyabrın 10-da imzaladığı atəşkəs razılaşmasının 8-ci bəndində hərbi əsirlərin qaytarılması nəzərdə tutulur. Azərbaycan indiyədək qarşı tərəfə hərbi əsirlərin hamısını qaytardığını, hərbi əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, terrorçu olduğunu bildirir.

Hərbi əməliyyatlar bitəndən sonra saxlanılan terrorçuların 72 nəfər olduğu bildirilir.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:

"Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir". (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar