Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Aralıq dənizinə yerləşmək üçün türk tarixinə meydan oxuyur...

Rusiya Liviyadakı varlığını bir hərbi baza ilə tamamlamaq istəsə belə, bu, hələ mümkün görünmür. Bu ehtimal ABŞ-la NATO-nu narahat edir...

Nedret Ersanel

“Yeni Şafak” qəzeti, Türkiyə, 17 iyun 2020-ci il

Rusiya prezidenti Putin və Ərdoğan arasında Liviya ilə bağlı baş tutan telefon danışığından sonra Rusiya Xarici İşlər Naziri və Müdafiə Nazirinin Türkiyəyə səfər edəcəyi bildirilib, lakin sonradan bu ziyarətin ləğv edildiyi məlum olub.

Bu proseslər, şübhəsiz ki, nələrinsə yolunda getmədiyini göstərir.

Bu cür şərhlərə görə, Liviya üçün tərəflərin təklif etdiyi planlar üzərində müzakirə edilə biləcək heç bir münbit zəmin yoxdur. Nisbətən doğrudur, amma əsassızdır.

Rusiyanı, Misiri və ya Həftarı qoruyan cəbhənin üzvləri ABŞ-ın Liviyaya dair mövqeyinin hələ də göründüyü kimi olmadığını düşünürlər. Qısa müddət əvvəl həm ABŞ, həm NATO, hətta AFRICOM da Liviyadakı mövqelərini yeniləyiblər. Bu siyasi cəhətdən “sahədə olmaq” deməkdir. Çünki başda prezident Ərdoğan olmaqla, ABŞ-ın buradakı çəkisinin artması ilə bağlı olaraq səlahiyyətli nümayəndələr açıqlama vermişdilər. Bu vəziyyətdə heç bir dəyişiklik yoxdur, amma Kreml, böyük ehtimalla, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini görmək istəyir. Ancaq, görünür, Moskva vəziyyəti tam başa düşməyib.

Türkiyə İdlibdə olduğu kimi, Liviyada da “təkbaşına” mübarizə aparmağa hazırdır.

Rusiyanın rəngləyib Liviyaya göndərdiyi döyüş təyyarələri, Türkiyənin Dəniz və Hərbi Hava Qüvvələri ilə həyata keçirdiyi uzaq məsafə əməliyyatı və buradan yüklənən silah-sursatın xüsusiyyətləri Aralıq dənizi ölkələri və Liviya saxtakarları üçün yetərli bir mesaj olmalıdır. Türkiyə buradan geri addım atmayacaq. Çünki digər ölkələrdən fərqli olaraq, Liviyanı maraqlar yaradan bir fürsət olaraq deyil, Aralıq dənizində öz varlığını qorumağın ayrılmaz bir hissəsi kimi görür.

Aydın məsələdir ki, Liviya bir tərəfdən Suriya, Şimali Afrika, bir tərəfdən Körfəz ölkələri ilə olan münasibətləri, digər tərəfdən isə Egey, Cənubi Avropa, Balkanlar və Qara dənizi əhatə edir.

Şimali Afrika, başda ABŞ, Rusiya, Çin kimi böyük oyunçular üçün yüksək strateji dəyəri ifadə edə bilər. Ancaq bura xüsusi bir coğrafiyadır. Bölgə ölkələrinin bütövlüyü - həm daxildən, həm də bir-birləri ilə - Körfəz Birliyi və Ərəb Birliyi üçün müxtəlif mənalar kəsb edir. Liviyada özünə bir yer tapmağa çalışan heç bir ölkə Türkiyənin bölgədə yaradacağı təsiri yarada bilməz.

Buna görə, Məğrib bölgəsində olmaq istəyənlər hansısa ölkədə bir rola sahib olmaq üçün enerji və pul xərcləmək əvəzinə, Türkiyəyə yatırım etməlidirlər. Ankara onlara bir yandan mənəviyyat və ədalət öyrədərkən, digər tərəfdən də bölgədəki ölkələrə firavanlıq və azadlıq təqdim edir.

Məsələn, xatırladaq ki, ABŞ-ın bölgə ölkələrindən birində hərbi varlığını artırmaq üçün aldığı icazə dərhal rədd edilib. Rusiya da eyni vəziyyətdədir.

Liviya Şərqi Aralıq dənizi və Afrikanın qapısıdır. Türkiyənin təklifi hazırkı ittifaqlar tərəzisinin köhnəldiyini də ortaya qoyur.

Ankara-Brüssel-Vaşinqton razılaşması: Rus bazası olmayacaq

Rusiya, Misir və ya başqa bir ölkənin Liviyada hərbi güc tətbiq etməsi Türkiyənin mövqeyini dəyişdirməz və onun “rabitəli sahələrə” girməsini təmin edər.

Başqa bir çıxış yolu olaraq Həftar əvəzinə, daha mülayim bir profilin irəli sürülməsi də mübahisəli məsələdir. Həftar kukladır və bunun əvəzinə başqa kukla da olsa, onu idarə edənlərin düşüncəsi dəyişməyəcək.

Daxili siyasətdə Misir və ya İsraillə yaxınlaşmaq üçün Türkiyənin addım atmalı olduğunu tövsiyə edənlər də nəzərə almalıdır ki, məsələn, gözlərinizi yumub Qahirəyə bu istiqamətdə bir addım atdığınız zaman sizə kim cavab verəcək? Misir xalqı, yoxsa Sisi kimi başqa bir kukla? Əslində isə onun ipini kim tutursa, yenə o cavab verəcək. Böyük ölçüdə ABŞ, kiçik ölçüdə isə BƏƏ və digərləri. Ancaq Misir sizə gəlirsə, bu o deməkdir ki, kuklanın sahibləri sizin ayağınıza gəlir. Hətta Misir də Rusiyaya mane ola bilər.

Atəşkəsi kimin istədiyinə gəldikdə isə indiyə qədər Moskva il Berlinin qərarlarını istismar edərək sahəni toqquşma ilə qurmağa çalışanlar indi atəşkəs istəyirlər.

Putin BMT prosesinə arxalanmaq istəyən Qahirə Bəyannaməsini tez bir zamanda həyata keçirmək üçün prezident Ərdoğanla görüşmədən əvvəl Sisi və Merkellə görüşüb. Əslində isə Moskva Ankaranı tələsdirmək istədi. Halbuki sahədəki 1-2 özəl nöqtənin (Sirt, Benqazi) tutulması Liviya boyunca finala pərdə aça bilər.

Rusiya Liviyadakı varlığını bir hərbi baza ilə tamamlamaq istəyirsə, bu, hələ mümkün görünmür. Bu ehtimal ABŞ-la NATO-nu narahat edir. Xarici İşlər Naziri Çavuşoğlunun Stoltenberqlə apardığı Liviya görüşü bu baxımdan başadüşüləndir. Bu da Rusiyanın Suriyadakı varlığı ilə bağlı düşüncələri bəsləyə bilər.

Görəsən, Ankara-Brüssel-Vaşinqton xətti Liviyada rus hərbi bazası qurmaq üçün ediləcək hər cür hərəkatın qarşısını almaq istəyirlər, ya yox? 8 iyundakı Ərdoğan-Tramp görüşü və ondan sonra gələn açıqlamalar bir cavab ola bilərmi?

Cavab nədirsə, Liviyanın gələcəyi də odur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar