Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ABŞ-ı özünə düşmən gördü - Gərginlik “qırmızı xəttl”in üzərində...

ABŞ-Rusiya münasibətlərinin normal nüstəvidən çlxması postsovet məkanında hansısa dəyişikliyə, gərginliyə yol aça bilərmi?..

Politoloq: “Baydenin gəlişindən sonra RusiyaABŞ arasında, eləcə də postsovet məkanında gərginliyin artmasına aydın şəkildə müşahidə olunur”.

Ermənistanda olan hərbi çevrilişə cəhd Rusiyanın Baydendən Navalnının qisasını almaq tədbiridir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakovın Rusiya ilə ABŞ arasında əlaqələrdə gərginliyin get-gedə artması fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

“Bloomberg”ə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov Rusiya ilə ABŞ arasında əlaqələrdə gərginliyin get-gedə artmasından danışaraq deyib ki, “Rusiya bütün əməliyyatlarda dolların rolunu azaltmalı və özünü düşmənçiliyin qaynağına çevirən ABŞ iqtisadi sistemindən uzaqlaşdırmalıdır”.

Rusiyanın ABŞ-ı özünə düşmən görməsi yaxın zamanlarda bu iki ölkənin münasibətlədinə necə təsir edə bilər və bu təsir postsovet məkanında hansısa dəyişikliyə, gərginliyə yol aça bilərmi?

Mövzununi PİA.az-ın əməkdaşıbeynəlxalq münasibətlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Əgər Paşinyan hakimiyyətdən gedərsə və hakimiyyətə “Qarabağ klanı”ndan kimsə gələrsə, bu bütün Cənubi Qafqaz regionunun Rusiyanın hakimiyyəti altına keçməsi demək olacaq”.

Ermənistanda hakimiyyətə kimin gəlməsinin Azərbaycan üçün çox böyük önəmi olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, əgər Paşinyan hakimiyyətdən getmək istəməsə, Rusiya Qarabağda növbəti bir savaş çıxarda bilər. Bununla da Putin Azərbaycanın daha bir qələbəsini təmin edə bilər. Belə ki, Azərbaycanın Dağlıq Qarabağda qələbə qazanması Paşinyana sarsıdıcı zərbə olar:

“Yaxın vaxtlarda Rusiyanın ABŞ dollarından imtina etməyi bir o qədər də inandırıcı deyil. Çünki ABŞ dolları dünya valyutasıdır və beynəlxalq hesablaşma vasitəsidir. Düşünürəm ki, Rusiya rəsmisinin bu fikirlərini daha çox ABŞ-a xəbərdarlıq kimi anlamaq olar. Rusiya dollardan imtina etmək üçün ortaya alternativ qoymalıdır. Əlbəttə ki, bu alternativ də yoxdur. Bir müddət öncə Rusiya və Çin ABŞ dollarına qarşı alternativ düşünməyə çalışdılar. Amma bu layihə uğurla nəticlənmədi.

Baydenin gəlişindən sonra RusiyaABŞ arasında, eləcə də postsovet məkanında gərginliyin artmasına aydın şəkildə müşahidə olunur. Bu özünü bir çox məsələlərdə göstərdi. Artıq Trampın prezidentlikdən gedişi məlum olduqdan sonra postsovet məkanında istər Qərbyönümlü iqtidarlar, istərsə də Qərbyönümlü müxalifətlər özlərini daha əmin şəkildə aparmağa başladılar və Rusiyapərəst qüvvələrə meydan oxumağa başladılar.

Buna misal olaraq Belarusda baş verən hadisələri göstərə bilərəm. Yəni Lukaşenkoya qarşı Txanovskyanın tərəfdarlarının keçirdilkləri mitinqləri və Lukaşenkonu qəbul etməmələri, həmçinin də Txanovskyanın Baydenin andiçmə mərasiminə dəvət alması buna bariz nümunədir.

Nəzakət Məmmədova: “Trampın prezidentlikdən gedişi məlum olduqdan sonra postsovet məkanında istər Qərbyönümlü iqtidarlar, istərsə də Qərbyönümlü müxalifətlər özlərini daha əmin şəkildə aparmağa başladılar və Rusiyapərəst qüvvələrə meydan oxumağa başladılar”.

Digər tərəfdən Mayo Saldonun, yəni Qərbyönümlü liderin Moldovada hakimiyyətə gəlməsindən sonra Moldova Rusiya sülhməramlılarının ölkədən çıxarılması tələbini irəli sürdü. Gürcüstan da müxalifət qüvvələri parlamentdə mandat əldə etmişdilər, amma onlar bu mandatdan imtina etdilər. Onlar yeni seçkilərin keçirilməsini tələb etdilər.

Buna ən böyük reaksiya isə Rusiyanın özündə oldu. Belə ki, Navalnının yüz minlərlə tərəfdarının küçəyə axışıb Putini oğru adlandırmaları, onun istefasını tələb etmələri Baydenin ən böyük siyasi marşlarından biri idi. Bildiyimiz kimi indi də Ermənistanda maraqlı hadisələr baş verir. Bunu arxasında da Rusiya dayanır.

Rusiya Ermənistanın ordusu, “Qarabağ klanı” üzərində, Ermənistanın Baş Qərargahı üzərində şərhsiz hakimiyyətə malikdir. Baş Qərargah rəisinin Paşinyanın istefasını tələb edən bəyanatla çıxış etməsi də, Rusiyanın Paşinyana hərbi yolla devriləcəyi xəbərdarlığı idi. Ermənistanda olan bu hadisə Rusiyanın Baydendən Navalnının qisasını almaq tədbiridir. Yəni necə ki, Bayden Navalnını dəstəklədi, Rusiya da Ermənistanda Qərbin hakimiyyətə gətirdiyi Paşinyanı təhdid edir.

Nəzakət Məmmədova: “ABŞ Cənubi Qafqazdakı bütün mövqelərini itirəərsə, bu çox ciddi və təşviş doğuran proseslərin yaranmasına səbəb ola bilər”.

Hadisələr artan gərginlik, toqquşmalar üzərində davam edəcək. Rusiyapərəst qüvvələrlə, Qərbpərəst qüvvələr arasında açıq-aşkar qarşıdurma bütün postsovet məkanını əhatə edəcək. Bir müddət öncə Putin də demişdi ki, bizi postsovet ərazisindən sıxışdırıb çıxarmağa çalışırlar. Bu sözüylı Putin ABŞ-a eyham vururdu. Qərb, xüsusilə də ABŞ birmənalı şəkildə Rusiyanın postsovet məkanında xeyli zəifləməsinə nail olmaq istəyir. Bununla da dünyanın başqa regionlarında Rusiyadan güzəştlər qoparmaq istəyir.

Təbii ki, Ermənistanda hakimiyyətə kimin gəlməsinin Azərbaycan üçün çox böyük önəmi var.

Əgər Paşinyan hakimiyyətdən getmək istəməsə, Rusiya Qarabağda növbəti bir savaş çıxara bilər. Bununla da Putin Azərbaycanın daha bir qələbəsini təmin edə bilər. Belə ki, Azərbaycanın Dağlıq Qarabağda qələbə qazanması Paşinyana sarsıdıcı zərbə olar.

Əgər Paşinyan hakimiyyətdən gedərsə və hakimiyyətə “Qarabağ klanı”ndan biri gələrsə, bu bütün Cənubi Qafqaz regionunun Rusiyanın hakimiyyəti altına keçməsi demək olacaq. Həmçinin də ABŞ buradakı bütün mövqelərini itirəcək. Bu isə çox ciddi və təşviş doğuran proseslərin yaranmasına səbəb ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Rusiya -ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar