Rusiya, Türkiyə və İran xarici işlər nazirləri gələn həftə Nyu-Yorkda görüşəcəklər
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Surinama səfəri zamanı deyib.
O bildirib ki, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək üçtərəfli görüşdə Suriya məsələsi müzakirə olunacaq.
“Suriyada atəşkəsi tam şəkildə təmin etmək və diqqəti münaqişənin siyasi nizamlanmasına yönəltmək lazımdır”, - deyə o vurğulayıb.
pia.az